Tikintisi başa çatmayan binalardakı mənzillərə mülkiyyət hüququnu necə əldə etmək olar?
Ölkədə şəfaflığın təmin edilməsi və vətəndaş məmnunluğunun artırılması məqsədilə həyata keçirilən tədbirlər davam etməkdədir. Bu məqsədlə daşınmaz əmlak üzərində sahibkarlıq hüququqnun tanınması sahəsində bir sıra yeniliklərin edilməsi nəzərdə tutulur. Belə yeniliklərdən biri də tikintisi başa çatmayan binalardakı mənzillərə mülkiyyət hüququnun əldə edilməsi ilə bağlıdır. Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsindən verilən məlumata görə, vətəndaşlar bundan sonra tikintisi başa çatmayan binalardakı mənzillərə mülkiyyət hüququ əldə edə biləcəklər. Artıq Azərbaycanda tikintisi başa çatmayan binalardakı mənzillərə mülkiyyət hüququnun əldə edilməsi qaydaları müəyyənləşib. Daha dəqiq, bu məqsədlə Mülki Məcəllənin 178-ci (Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi) maddəsinə yeni bənd əlavə edilir.
11 Dekabr 2017 15:04 SosialÖlkədə şəfaflığın təmin edilməsi və vətəndaş məmnunluğunun artırılması məqsədilə həyata keçirilən tədbirlər davam etməkdədir. Bu məqsədlə daşınmaz əmlak üzərində sahibkarlıq hüququqnun tanınması sahəsində bir sıra yeniliklərin edilməsi nəzərdə tutulur. Belə yeniliklərdən biri də tikintisi başa çatmayan binalardakı mənzillərə mülkiyyət hüququnun əldə edilməsi ilə bağlıdır. Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsindən verilən məlumata görə, vətəndaşlar bundan sonra tikintisi başa çatmayan binalardakı mənzillərə mülkiyyət hüququ əldə edə biləcəklər. Artıq Azərbaycanda tikintisi başa çatmayan binalardakı mənzillərə mülkiyyət hüququnun əldə edilməsi qaydaları müəyyənləşib. Daha dəqiq, bu məqsədlə Mülki Məcəllənin 178-ci (Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi) maddəsinə yeni bənd əlavə edilir.
Yeniliyə əsasən, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında mülki qanunvericilikdə bu məcəllənin 39-cu (Sağlamlıq vəziyyətinə görə müstəqil surətdə öz hüquqlarını həyata keçirməyə və müdafiə etməyə, öz vəzifələrini icra etməyə qadir olmayan yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsin xahişi ilə onun üzərində patronaj təyin edilə bilər. Patronaj təyin edilməsi fiziki şəxsin hüquqlarının məhdudlaşdırılmasına səbəb olmur) fəsli ilə nəzərdə tutulan qaydada podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi sayılır. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəsini əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin və ya həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlər bu məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir.
Bundan başqa, məcəlləyə yeni 144-1(Tikintisi başa çatmayan binanın tərkib hissələrinə sərəncam verilməsinin xüsusiyyətləri) maddəsi də əlavə edilir. Yeni maddəyə əsasən, Şəhərsalma və Tikinti Məcəlləsinə müvafiq olaraq tikintisinə icazə alınmış, lakin həmin məcəlləyə uyğun olaraq istismarına icazə verilməmiş binalar tikintisi başa çatmayan binalar hesab edilir. Mülkiyyətdəki torpaq sahəsində tərkib hissələrdən ibarət binanın tikintisinə icazə almış mülkiyyətçi tikiləcək binanın tərkib hissələrinin sayına və sahəsinə mütənasib olaraq həmin torpaq sahəsini bu məcəllənin müvafiq maddəsində nəzərdə tutulan qaydada bölünmə planı əsasında paylara bölə bilər və bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququnun qeydə alınmasını tələb edilə bilər. Mülkiyyətindəki torpaq sahəsində tərkib hissələrdən ibarət binanın tikintisinə icazə almış şəxs bölünmə planına əsasən, yaranan paylara və tikintisi başa çatmayan binanın həmin paylara bağlı olan tərkib hissələrinə bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra sərəncam verilə bilər. Bölünmə planına əsasən, mülkiyyətindəki torpaq sahəsində yaranan paylara və tikintisi başa çatmayan binanın həmin paylara bağlı olan tərkib hissələrinə sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməli və tərkib hissələri əldə edən şəxslərin xeyrinə bu məcəllənin 147-ci (Torpaq sahəsinə bağlı təminat qeydi) maddəsinə uyğun olaraq təminat qeydi aparılmalıdır.
Mülki Məcəllədə nəzərdə tutulan müqavilədə digər müddəalarla yanaşı, tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində müvafiq tərkib hissələrin bağlı olduğu hissələrin alqı-satqı şərtləri, təminat qeydinin aparılmasına dair torpaq sahəsi mülkiyyətçisinin və torpaq sahəsinə hüquq əldə etmək istəyən şəxsin öhdəlikləri dəqiqləşdirilməlidir. Bu məqsədlə torpaq sahəsi barədə təminat qeydinin aprılması üçün torpaq sahəsinin mülkiyyətçisi ilə torpaq sahəsinə hüquq əldə etmək istəyən şəxs arasında notarial formada bağlanılmış müqavilə tələb olunur.Müqavilədə digər müddəlarla yanaşı, torpaq sahəsinin mülkiyyətçisinin öz mülkiyyətində olan torpaq sahəsi barədə təminat qeydinin aparılmasına və torpaq sahəsinə hüquq əldə istəyən şəxsin həmin torpaq sahəsi barədə öz xeyrinə təminat qeydinin aparılmasına dair razılıqları, habelə müvafiq tələblər yerinə yetirildikdən sonra müqavilədən irəli gələn hüquqların xeyrinə təminat qeydi aparılan şəxsə keçməsinə dair torpaq sahəsi mülkiyyətçisinin razılığı aydın şəkildə ifadə edilməlidir. Qanunvericilikdə nəzərdə tutulan razılıqları, habelə bu məcəllənin 178.8-ci maddəsində nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsindən sonra torpaq sahəsində müvafiq paya və tərkib hissəyə mülkiyyət hüququnun xeyrinə təminat qeydi aparılan şəxsə keçməsinə dair torpaq sahəsi mülkiyyətçisinin razılığı açıq-aydın ifadə edilməlidir.
Xeyrinə təminat qeydi aparılan şəxs tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində müvafiq tərkib hissənin bağlı olduğu pay ilə əlaqədar hüquqlarını və öhdəliklərini yazılı formada sifarişli poçt göndərişi vasitəsilə torpaq sahəsinin mülkiyyətçisini məlumatlandırmaqla notariat qaydasında təsdiq edilən müqavilə əsasında üçüncü şəxsə ötürülə bilər. Müqavilədə digər müddəalarla yanaşı, hüquqların və öhdəliklərin ötürüldüyü məqamda mövcud həcmi və həmin həcmdə ötürülməsi, aparılan təminat qeydində hüquqların və öhdəliklərin ötürüldüyü üçüncü şəxsin xeyrinə müvafiq dəyişikliklərin edilməsinə dair hər iki tərəfin razılıqları aydın şəkildə ifadə edilməlidir. Belə hüquqlar və öhdəliklər onların üçüncü şəxsə ötürüldüyü məqamda mövcud olan həcmdə və şərtlərlə ötürülməlidir. Notarius bu müqaviləni təsdiqlədikdən sonra dərhal sonra onu elektron formada informasiya sistemləri vasitəsilə və təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrində, habelə təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə torpaq sahəsinin mülkiyyətçisinə göndərməlidir. Belə müqavilə daşınmaz əmlakın dövlət reyestrində aparılan təminat qeydində müvafiq dəyişikliklərin edilməsinə dair ərizə hesab olunur və həmin müqavilə əsasında müvafiq qeydiyyat hərəkətləri aparılır.
Nurlan