Qadağa dolu rəqs: Gülmək, danışmaq, baxışmaq olmaz
Argentinalı müğənni və kinoaktyor, “Tanqo Kralı” adı ilə tanınan Karlos Qardelin (Carlos Gardel) doğum günü olan 11 dekabr Beynəlxalq Tanqo günü kimi qeyd olunur. Bu gün həmçinin rəqsin bayramı kimi qiymətləndirilir.
11 Dekabr 2017 15:25 MədəniyyətArgentinalı müğənni və kinoaktyor, "Tanqo Kralı" adı ilə tanınan Karlos Qardelin (Carlos Gardel) doğum günü olan 11 dekabr Beynəlxalq Tanqo günü kimi qeyd olunur. Bu gün həmçinin rəqsin bayramı kimi qiymətləndirilir.
Tanqo Buenos Ayresdə keçmişdə aşağı təbəqə hesab olunan kasıb və ən əsas sosial haqlardan belə məhrum edilmiş insanlar tərəfindən yaradılıb. Bu rəqs ötən əsrin əvvəllərində dünyaya yayılmağa başlayıb.
Tanqonun bir çox növləri mövcuddur, amma bu rəqslərin hər birinin əsasında kişi və qadın durur. Onların münasibətində bütün hisslərin əksini görmək mümkündür. Bu rəqsdə danışmaq və gülmək qəbul edilmir. Bu rəqsin qaydalarına görə, hətta partnyorların bir-birinə baxması belə qəbul edilməzdir. Partnyoru bu rəqsə səsli dəvət etmək təhqir kimi qəbul oluna bilər. Azadinform.az