“Rusiya və Türkiyə liderləri Qüds məsələsində bir-birinə yaxın mövqelərdən çıxış edəcəklər”

Rusiya və Türkiyə liderlərinin görüşü iki ölkənin bundan sonrakı münasibətlərinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Mən deyərdim ki, bu görüş hətta fövqəladə əhəmiyyət kəsb edir. Çünki məhz son zamanlar baş tutan Putin-Ərdoğan görüşlərindən sonra hal-hazırda faktiki olaraq yeni ittifaq, Ankara-Moskva siyasi ittifaqı qurulur.

Rusiya və Türkiyə liderlərinin görüşü iki ölkənin bundan sonrakı münasibətlərinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Mən deyərdim ki, bu görüş hətta fövqəladə əhəmiyyət kəsb edir. Çünki məhz son zamanlar baş tutan Putin-Ərdoğan görüşlərindən sonra hal-hazırda faktiki olaraq yeni ittifaq, Ankara-Moskva siyasi ittifaqı qurulur.

Bunu Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib. Onun sözlərinə görə,  bu yeni ittifaq  ABŞ-a və bütövlükdə Qərbə qarşı formalaşır: " Kreml rəhbərinin Ankaraya budəfəki səfəri geopolitik proseslərə yeni çalarlar gətirəcək və köklü dəyişikliklərə səbəb olacaq. Hər iki liderin diqqət mərkəzində ilk növbədə Suriya və Qüds məsələləri dayanır. Ən maraqlısı da budur ki, Vladimir Putin çalışacaq ki, Ankara ilə Dəməşq, Ərdoğanla Əsəd arasında dialoqun gerçəkləşməsinə nail olsun və Ərdoğandan Əsədin bundan sonra da hakimiyyətdə qalması üçün razılıq alsın".

Partiya sədri həmçinin Ərdoğanın Putinin səylərinə göstərəcəyi münasibəti də  qeyd edib: "Bəs Putinin bu təşəbbüslərinə, səylərinə qarşı Ərdoğanın reaksiyası necə olacaq? O, Rusiya liderinin mübahisəli təkliflərini, təşəbbüslərini qəbul edəcəkmi? Böyük ehtimalla, bəli, qəbul edəcək və öz növbəsində, Ərdoğan da Putindən Suriyanın Türkiyə ilə sərhəd ərazilərində kürd qruplaşmalarına qarşı hərbi əməliyyatlarda real dəstək istəyəcək. Putin isə təbii ki, Türkiyəli həmkarının bu istəyini müsbət cavablandıracaq". Ə. Hüseynov  bildirib ki, Qüds məsələsində də Rusiya və Türkiyə liderləri bir-birinə yaxın mövqelərdən çıxış edəcəklər: "Həm Rusiyanın, həm də Türkiyənin bu məsələdə məhz Fələstini dəstəkləməklərinin kifayət qədər ciddi səbəbləri var. Türkiyə İsrailə qarşı mövqeyini bir qədər də sərtləşdirmək imkanı əldə edib. Rusiya isə bu məsələdən istifadə edərək ABŞ-ın dünya miqyasında təklənməsi prosesini biraz da gücləndirməyə çalışır".

O həmçinin əlavə  edib ki, ümumiyyətlə, müşahidələr onu göstərir ki, Türkiyə ilə Rusiya bundan sonra istər Yaxın və Orta Şərqdə, istərsə də dünyanın digər qaynar nöqtələrində və vacib beynəlxalq məsələlərdə səylərini birləşdirməyə və ortaq mövqelərdən çıxış etməyə çalışacaqlar: "Əgər belə demək mümkünsə, bu gün Qərbin gözü qarşısında Türkiyə-Rusiya ittifaqı gerçəkləşir. Bunun da günahı Qərbin özündədir. Qərbin, konkret olaraqsa Birləşmiş Ştatların son illərdə Türkiyəyə qarşı tutduğu ədalətsiz mövqeyi və eləcə də, şəxsən Ərdoğanin özünə qarşı atılan addımlar istər-istəməz Ankara-Moskva yaxınlaşmasına gətirib çıxardı".

Partiya sədri  sonda vurğulayıb : "Çox istərdik ki, Rusiya və Türkiyə liderləri arasında yaranan isti münasibətlər bizim Qarabağ problemimizin də tezliklə çözülməsinə rəvac verəydi. Putinlə Ərdoğanın gündəmində Suriya və Qüdslə bərabər, Qarabağ da yer alaydı. Lakin görünən budur ki, Kreml rəhbəri hələki Qarabağla bağlı müzakirələrə başlamağa meylli deyil. Bunun da səbəbləri var. Və Ərdoğanın Putindən Qarabağ məsələsini həll etməsini tələb etməsi üçün də müəyyən qədər zaman keçməlidir. Hazırda isə bu iki liderin münasibətləri getdikcə daha da möhkəmlənir". Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31