Gündəm

Rusiyada tatar dilinə dövlət dili statusu verilməsi təklif olunub

11 Dekabr 2017 14:47

Rusiya Federasiyasının Tatarıstan Respublikasının Nabrejnıye Çelnı (Yar Çallı) şəhər Ağsaqqallar Şurası tatar dilinə Rusiyada dövlət dili statusunun verilməsi barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodinə müraciət edib.

"Qarabağ"dan YENİ REKORD

11 Dekabr 2017 14:45

Ağdamın "Qarabağ" klubu Premyer Liqada ardıcıl 6-cı qələbəsini qazanıb. IV turdan təxirə salınan səfər matçında “Səbail”i 2:0 hesabı ilə məğlub edən Qurban Qurbanovun yetirmələri qış fasiləsinə mövsümün rekord seriyası ilə yollanıb. Belə ki, 6 oyunluq qələbə seriyası cari mövsümün rekord göstəricisidir.

AzTU-da Heydər Əliyevin anım tədbiri keçirilib

11 Dekabr 2017 14:41

Azərbaycan Texniki Universitetində (AzTU) ulu öndər Heydər Əliyevin anım tədbiri keçirilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, anım tədbirində çıxış edən rektor əvəzi Xalıq Yahudov ümumilli liderin Azərbaycan dövlətinin güclənməsi, mədəniyyətimizin təbliği, gələcək nəsillərin savadlı olması üçün təhsil sahəsinə göstərdiyi qayğı və diqqətdən danışaraq bildirib ki, Heydər Əliyev fenomeni XX əsrdə xalqımızı çox böyük bəlalardan qoruyub.

BNA 17 saylı marşrut xəttinin daşıyıcısını cəzalandırdı

11 Dekabr 2017 14:40

17 nömrəli müntəzəm marşrut xəttinin daşıyıcısı dəyişdirilib. “OLAYLAR”-a Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən bildirilib ki, dəyişiklik edilməsinə səbəb, marşrut xətti üzrə sərnişindaşıma xidməti göstərən daşıyıcının fəaliyyətinin qənaətbəxş səviyyədə olmaması, eyni zamanda, dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymayaraq çatışmazlıqları aradan qaldırmamasıdır.

Alimlərdən QORXUNC İDDİA - Dekabrın 23-də Yer məhv olacaq

11 Dekabr 2017 14:38

Hindistanlı astronomlar bəyan edirlər ki, dekabrın 23-də yadplanetli bir virus Yer kürəsini məhv edəcək.  Dehli alimlərinin bildirdiyinə görə, tezliklə Yer küərsində bütün bəşəriyyəti sayılı günlər ərzində məhv edəcək virus peyda olacaq. Lakin bu virusun yayılma mənbəyinin nə olacağı barədə məlumat verilmir.

İŞİD üzvü olan 6 min nəfər Afrikaya qayıda bilər

11 Dekabr 2017 14:29

Yaxın Şərqdə İŞİD terror qruplaşmasının tərkibində döyüşən 6 min afrikalı terrorçu Afrikaya qayıda bilər. Məlumata görə, bunu Afrika İttifaqının sülh və təhlükəsizlik məsələləri üzrə komissarı Smail Şerqi bildirib.

Gürcüstandan 3645 nəfər deportasiya edilib

11 Dekabr 2017 14:27

Bu ilin ötən dövründə xarici dövlətlərin 3645 vətəndaşı Gürcüstandan deportasiya edilib. Gürcüstan KİV-i xəbər verir ki, məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb. Siyahıya Türkiyə vətəndaşları başçılıq edir. 2017-ci ildə bu ölkənin 1651 vətəndaşı Gürcüstandan deportasiya edilib. Sonrakı yerdə İsrail vətəndaşları gəlir.

Monakoda 10-cu Sülh və idman forumu keçirilib

11 Dekabr 2017 14:24

Gənclər və idman naziri Azad Rəhimov 10-cu Sülh və İdman forumuna qatılmaq məqsədi ilə Monakoda səfərdə olub. Nazirliyin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, forumun əsas məqsədi texnalogiyanın inkişafının idmançıların daha yaxşı nəticələr əldə etmələrinə, onların fiziki sağlamlığının qorunmasına və ümumilikdə gənclərin idmana həvəsinin artırılmasına müsbət təsirinin inkişafıdır.

Texnologiya Kollecinin kollektivi Heydər Əliyevin məzarını ziyarət edib 

11 Dekabr 2017 14:21

Bakı İdarəetmə və Texnologiya Kollecinin (BİTKol) kollektivi müasir Azərbaycanın qurucusu və memarı, dünyaşöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Fəxri Xiyabanda onun məzarını ziyarət ediblər.

"Qarabağ"ı qışda kimlər tərk edəcək? - Qurban Qurbanov açıqladı

11 Dekabr 2017 14:09

Son Azərbaycan çempionu “Qarabağ” qış fasiləsində təlim-məşq toplanışı üçün Türkiyənin Antalya şəhərinə yollanacaq. Bu barədə əməkdaşımızla söhbətində ağdamlıların baş məşqçisi Qurban Qurbanov deyib. Təcrübəli çalışdırıcının sözlərinə görə, “atlılar” hazırlıq prosesinə yanvarın 9-dan etibarən start verəcək. Təlim-məşq toplanışı fevralın 4-nə qədər davam edəcək. Qurbanov “Qarabağ”ın hazırlıq müddətində 6 yoxlama matçı keçirtməyi planlaşdırdığını söyləsə də, hələlik rəqiblərin müəyyənləşmədiyini bildirib.

Hava yağmursuz keçəcək, külək arabir güclənəcək

11 Dekabr 2017 14:02

Bakı və Abşeron yarımadasında dekabrın 12-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə çiskinli olacağı ehtimalı var.  Arabir güclənən şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 

Bəzi yollarda parklanma yerlərindən vəsaiti bələdiyyələr toplayacaq

11 Dekabr 2017 13:57

Bəzi yollarda avtomobillər üçün ayrılmış parklanma yerlərindən əldə olunan vəsait bələdiyyələr tərəfindən toplanacaq. Məlumata görə, bununla bağlı “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanunun 7-ci (Yerli büdcənin gəlirləri) maddəsinə əlavələr edilir.Layihəyə görə, maddədə yerli büdcənin gəlirləri sırasına “bələdiyyə yollarında təşkil edilmiş parklanma yerlərindən daxil olan vəsait” də əlavə edilir. Buna uyğun olaraq “Avtomobil yolları haqqında” qanuna dəyişikliklər də müzakirəyə çıxarılır.Layihə Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Qaxda 5 otaqlı ev yanıb

11 Dekabr 2017 13:55

Qax rayonu, Dəymədağlı kəndində vətəndaşa məxsus 5 otaqlı ev yanıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə ümumi sahəsi 165 m2 olan birmərtəbəli 5 otaqlı evin dam örtüyü 165 m2 sahədə və ev əşyaları 45 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Daxili orqanında iki bağlama narkotik vasitə aşkarlandı

11 Dekabr 2017 13:53

Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn Azərbaycan vətəndaşı idarənin Sərnişin şöbəsində saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən “Olaylar"a verilən məlumata görə, yoxlama zamanı vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığı üçün o, gömrük əməkdaşlarının müşayiəti ilə Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Taksilərin avtobus dayanacaqlarına girişi qadağan edilir

11 Dekabr 2017 13:52

Azərbaycanda taksi minik avtomobili ilə sərnişin daşıması həyata keçirən avtomobillər yalnız xüsusi müəyyən edilmiş və müvafiq qaydada işarələnmiş taksi minik avtomobillərinin duracaq yerlərindən istifadə edə biləcək.