Gürcüstandan 3645 nəfər deportasiya edilib

Bu ilin ötən dövründə xarici dövlətlərin 3645 vətəndaşı Gürcüstandan deportasiya edilib. Gürcüstan KİV-i xəbər verir ki, məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb. Siyahıya Türkiyə vətəndaşları başçılıq edir. 2017-ci ildə bu ölkənin 1651 vətəndaşı Gürcüstandan deportasiya edilib. Sonrakı yerdə İsrail vətəndaşları gəlir.

Bu ilin ötən dövründə xarici dövlətlərin 3645 vətəndaşı Gürcüstandan deportasiya edilib. Gürcüstan KİV-i xəbər verir ki, məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb. Siyahıya Türkiyə vətəndaşları başçılıq edir. 2017-ci ildə bu ölkənin 1651 vətəndaşı Gürcüstandan deportasiya edilib. Sonrakı yerdə İsrail vətəndaşları gəlir. Bu il 413 israilli Gürcüstandan çıxarılıb. Üçüncü yeri Almaniya (395 vətəndaş) tutub. 4-cü sırada isə Rusiya (228 nəfər) qərarlaşıb.

Bu il ərzində Azərbaycanın bir vətəndaşı Gürcüstandan deportasiya olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31