Monakoda 10-cu Sülh və idman forumu keçirilib

Gənclər və idman naziri Azad Rəhimov 10-cu Sülh və İdman forumuna qatılmaq məqsədi ilə Monakoda səfərdə olub. Nazirliyin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, forumun əsas məqsədi texnalogiyanın inkişafının idmançıların daha yaxşı nəticələr əldə etmələrinə, onların fiziki sağlamlığının qorunmasına və ümumilikdə gənclərin idmana həvəsinin artırılmasına müsbət təsirinin inkişafıdır.

Gənclər və idman naziri Azad Rəhimov 10-cu Sülh və İdman forumuna qatılmaq məqsədi ilə Monakoda səfərdə olub. Nazirliyin mətbuat katibliyindən "OLAYLAR"-a bildirilib ki, forumun əsas məqsədi texnalogiyanın inkişafının idmançıların daha yaxşı nəticələr əldə etmələrinə, onların fiziki sağlamlığının qorunmasına və ümumilikdə gənclərin idmana həvəsinin artırılmasına müsbət təsirinin inkişafıdır. Foumun sonuncu günü gənclər və idman sahələrinə məsul nazirlərin toplantısı keçirilib. Braziliya, Portuqaliya, Tunis, Yəmən, Qətər, İraq, Seneqal, Sierra-Leon, Qabon və digər ölkələrin baş nazirləri, gənclər və idman sahələrinə məsul nazirlərinin qatıldğı toplantıda Azərbaycan respublikasının gənclər və idman naziri Azad Rəhimov son illər idman sahəsində görülən və əldə olunan nəticələr, idman infrastrukturunun inkaşı barədə məlumat verib.  
Səfəri çərçivəsində nazir Azad Rəhimov Monako Şahzadəsi II Albertlə görüşüb. Nazir ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin salamlarını Monako şahzadəsinə çatdırıb. Şahzadə salamlar üçün dərin təşəkkürünü bildirib və onun da salamlarını prezident İlham Əliyevə çatdırmağı xahiş edib.  Bununla yanaşı nazir,  Fransanın Milli Olimpiya Komitəsinin baş katibi, Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin beynəlxalq Əlaqələr departamentinin direktoru   və digər rəsmilərlə görüşüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31