AzTU-da Heydər Əliyevin anım tədbiri keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) ulu öndər Heydər Əliyevin anım tədbiri keçirilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, anım tədbirində çıxış edən rektor əvəzi Xalıq Yahudov ümumilli liderin Azərbaycan dövlətinin güclənməsi, mədəniyyətimizin təbliği, gələcək nəsillərin savadlı olması üçün təhsil sahəsinə göstərdiyi qayğı və diqqətdən danışaraq bildirib ki, Heydər Əliyev fenomeni XX əsrdə xalqımızı çox böyük bəlalardan qoruyub.

Azərbaycan Texniki Universitetində (AzTU) ulu öndər Heydər Əliyevin anım tədbiri keçirilib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, anım tədbirində çıxış edən rektor əvəzi Xalıq Yahudov ümumilli liderin Azərbaycan dövlətinin güclənməsi, mədəniyyətimizin təbliği, gələcək nəsillərin savadlı olması üçün təhsil sahəsinə göstərdiyi qayğı və diqqətdən danışaraq bildirib ki, Heydər Əliyev fenomeni XX əsrdə xalqımızı çox böyük bəlalardan qoruyub. Tanınmış publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, diplomat Xeyrəddin Qoca isə çıxışında Ulu Öndərin müstəqilliyimizin ilk illərində dövlətçilik üçün göstərdiyi misilsiz xidmətlərdən danışıb. AzTU-nun "Azərbaycan dili və pedoqojikası" kafedrasının müdiri Həbib Mirzəyev və universitetin YAP Gənclər təşkilatının əlaqələndiricisi Əsmər Nəbiyeva da Ulu Öndərlə bağlı təsüratlarını bölüşüblər, ümumilli liderin gənc nəslin inkişafı üçün qoyduğu mirasdan danışıblar.

Sonda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən film nümaiş etdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31