Gündəm
Gənclər Təşkilatları Milli Şurasının üzvlərinin sayı 125-ə çatıb
Gənclər Təşkilatları Milli Şurasının üzv təşkilatlarının növbəti Məclisi baş tutub. “OLAYLAR”-a daxil olan məlumata görə, tədbirdə Milli Şuranın üzvü olan gənclər təşkilatlarının rəhbər və səlahiyyətli nümayəndələri iştirak edib. İclasda Milli Şuranın Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Pərvin Piriyev tərəfindən 2017-ci il üzrə hesabatı təqdim olunub. MNTK sədrin hesabatından sonra Şuranın sədri Seymur Hüseynov təşkilatın iyun – dekabr ayları üzrə fəaliyyətin təqdimatını keçirib. Məclisin gedişatında Milli Şuraya müraciət edən “Cavan” Gənclər İctimai Birliyi səsvermə nəticəsində assosiativ üzvlüyə qəbul olunub və Gənclər Təşkilatları Milli Şurasına üzv olan gənclər təşkilatlarının sayı 125 çatıb.
Cari ilin 11 ayında ölkəyə gələn xarici vətəndaşların sayında 20 faiz artım müşahidə edilib
Cari ilin 11 ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 2 477 908 nəfər olub. “OLAYLAR”-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, onlardan 790 258 Rusiya Federasiyası, 488 269 Gürcüstan, 340 702 İran, 275 147 Türkiyə, 87 215 Birləşmiş Ərəb Əmirlikləri, 58 259 İraq, 53 583 Ukrayna, 32 644 Səudiyyə Ərəbistanı, 351 831 nəfəri isə digər ölkələrin vətəndaşları olub.
Rusiyalı turist Bakıdakı ustaya 50 yolka sifarişi verdi
Bakıda ənənəvi “Qış bazarı” xeyriyyə yarmarkası keçirilib. Yarmarkaya çıxarılan əl işləri xüsusilə ərəb turistlərin marağına səbəb olub. Sərgi-yarmarkaya muncuqla işlənmiş yolkalar, kağızdan hazırlanmış Şaxta baba, Qar qız, bayram oyuncaqları, bijuteriya, yağlı boya ilə çəkilmiş şəkillər, şəbəkə boyası ilə işlənmiş qab-qacaq, muncuqdan toxunmuş xalçalar, qurudulmuş bitkilərdən hazırlanmış bər-bəzək əşyaları, təbii sabun və kosmetik vasitələr çıxarılıb. Qonaqlara Azərbaycan mətbəxinin təamları təklif edilib.
Komediya janrında olan filmlərin nümayişi dayandırılacaq
Nizami Kino Mərkəzində ümummilli lider Heydər Əliyevın anım günü ilə əlaqədar repertuar dəyişikliyi edilib. Olaylar.az bildirir ki, dekabrın 12 –də Nizami Kino Mərkəzində ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar komediya janrında olan filmlərinin nümayişi dayandırılacaq.
BMT və Avropa Şurasının Yerevandakı ofisi qarşısında etiraz aksiyası
“Erməni dövləti naminə” cəbhənin üzvləri “Siyasi məhbuslara azadlıq” şüarı ilə BMT və Avropa Şurasının Ermənistandakı ofislərinin qarşısında etiraz aksiyası keçiriblər. Aksiya iştirakçıları şikayət məktublarını beynəlxalq nümayəndəliklərə təqdim ediblər. Nümayişçilər siyasi məhbusların azadlığa buraxılması tələbini irəli sürüblər. “Hüquq və azadlıq mərkəzi” ictimai təşkilatının sədri Vardan Harutyunyan bildirib ki, Ermənistan bu günədək insan hüquqlarının layiqli şəkildə qorunmasını təmin edə bilməyib.
Tarif Şurası xəbərdarlıq edir: "Bizim qərarımız olmadan dərmanların bahalaşdırılması məsuliyyət yaradır"
Son günlər redaksiyamıza zəng edən oxucular bəzi apteklərdə dərmanların Tarif Şurasının müəyyənləşdirdiyi qiymətlərdən baha satılması halları ilə rastlaşdıqlarını bildirirlər. Eyni zamanda, dərman preparatlarının 2018-ci ilin əvvəlindən bahalaşma ehtimalı əhalini narahat edən məsələlərdəndir.
Avtomobil vuran piyada hadisə yerində ölüb
Sabunçu rayonunun Zabrat qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsibaş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, dekabrın 10-da saat 7:00 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsində Bakı şəhər sakini Afiq Quliyev idarə etdiyi “İsuzu” markalı avtomobillə yolu keçən Yardımlı rayon sakini Misirxan Rzayevi vurmuşdur.
Yanan mənzildə ev sahibinin meyiti aşkar edilib
Şirvan şəhərinin dəhşətli yanğın hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, dekabrın 11-də saat 4.00 radələrində Şirvan şəhərinin 20 Yanvar küçəsində İlham Abdullayevin yaşadığı evdə yanğın baş vermişdir. Nəticədə 30 kvm. sahədə ev əşyaları yanmışdır. Yanğın söndürüldükdən sonra İ.Abdullayevin yanmış meyiti tapılmışdır. Araşdırma aparılır.
Avtomobili işıq dirəyinə çırpdı
Nərimanov rayonunun Z.Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, dekabrın 10-da saat 13 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini Rüstəm Muxtarov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı işıq dirəyinə vurmuş və nəticədə hadisə yerində ölmüşdür.
Avtomobil piyadanı vurub öldürdü
Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-dən “Olaylar”a veriln məlumata görə, dekabrın 10-da saat 19 radələrində Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində Qubadlı rayon sakini Elçin Şahgəldiyev idarə etdiyi “VAZ-21093” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Əmir Atalıyevi vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Hikmət Hacıyev: “Diplomatlar köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində işləri yüksək qiymətləndirdilər”
“Səfərdə 60-dan çox ölkənin və beynəlxalq təşkilatın səfirləri, nümayəndələri, Avropa İttifaqının, BMT-nin, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının təmsilçiləri iştirak edib. Onlarda çox yüksək təəssürat yarandı”. Bu sözləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tərtər rayonuna təşkil etdiyi səfərlə bağlı açıqlamasında Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev deyib.
Aktyor tərəfindən öldürülən rejissor
Məşhur rejissor Mustafa Kemal Uzun evində vəhşicəsinə qətlə yetirilib. Olaylar.z bildirir ki, "Çanakkale Yolun Sonu", "Qarip Bir Cinayet", "Ankara Ayazı" filmlərinin də arasında olduğu 49 serial və filmin rejissoru, beynəlxalq mükafatlar sahibi Mustafa Kemal Uzun Şiledəki evində başına beyzbol ağacı vurularaq və bıçaqlanaraq öldürülüb.
Azərbaycanda 2500-dən artıq şəxs qanın bədxassəli xəstəliyindən əziyyət çəkir
"Azərbaycanda 2500-dən artıq xəstə qanın bədxassəli xəstəliyi diaqnozu ilə qeydiyyatdadır. Onlardan 300-ü uşaqdır". Bunu B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.
Prokuror ər-arvadı avtomobillə vuraraq öldürən keçmiş DSMF əməkdaşına cəza istəyib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Əhəd Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.O, Ə. Həsənovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Amerikalı tədqiqatçı: "Dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət olunmalıdır"
“Beynəlxalq hüququn norma və prinsipləri çoxdan bəllidir. BMT nizamnaməsinə görə prinsiplər düzgün şəkildə müəyyən olunub. Dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət olunmalıdır”. Bunu ABŞ-dan olan tədqiqatçı Ceyms Koyl deyib.














