Komediya janrında olan filmlərin nümayişi dayandırılacaq
Nizami Kino Mərkəzində ümummilli lider Heydər Əliyevın anım günü ilə əlaqədar repertuar dəyişikliyi edilib. Olaylar.az bildirir ki, dekabrın 12 –də Nizami Kino Mərkəzində ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar komediya janrında olan filmlərinin nümayişi dayandırılacaq.
11 Dekabr 2017 16:08 Teatr və kinoNizami Kino Mərkəzində ümummilli lider Heydər Əliyevın anım günü ilə əlaqədar repertuar dəyişikliyi edilib.
Olaylar.az bildirir ki, dekabrın 12 -də Nizami Kino Mərkəzində ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar komediya janrında olan filmlərinin nümayişi dayandırılacaq.
Kinomərkəzin repertuarına, Mədəniyyət və Turizm nazirliyinin sifarişi ilə "Səlnamə" kinostudiyasında rejissor Eldar Quliyevin çəkdiyi "Heydər Əliyev. Azərbaycan mədəniyyətinin hamisi" adlı qısametrajlı sənədli film daxıl ediləcək.
Film seansları 12:30, 15:25, və 18:25 saatlarında keçiriləcək.
Seanslara giriş sərbəstdir.