Gənclər Təşkilatları Milli Şurasının üzvlərinin sayı 125-ə çatıb

Gənclər Təşkilatları Milli Şurasının üzv təşkilatlarının növbəti Məclisi baş tutub. “OLAYLAR”-a daxil olan məlumata görə, tədbirdə Milli Şuranın üzvü olan gənclər təşkilatlarının rəhbər və səlahiyyətli nümayəndələri iştirak edib. İclasda Milli Şuranın Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Pərvin Piriyev tərəfindən 2017-ci il üzrə hesabatı təqdim olunub. MNTK sədrin hesabatından sonra Şuranın sədri Seymur Hüseynov təşkilatın iyun – dekabr ayları üzrə fəaliyyətin təqdimatını keçirib. Məclisin gedişatında Milli Şuraya müraciət edən “Cavan” Gənclər İctimai Birliyi səsvermə nəticəsində assosiativ üzvlüyə qəbul olunub və Gənclər Təşkilatları Milli Şurasına üzv olan gənclər təşkilatlarının sayı 125 çatıb.

Gənclər Təşkilatları Milli Şurasının üzv təşkilatlarının növbəti Məclisi baş tutub. "OLAYLAR"-a daxil olan məlumata görə, tədbirdə Milli Şuranın üzvü olan gənclər təşkilatlarının rəhbər və səlahiyyətli nümayəndələri iştirak edib. İclasda Milli Şuranın Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Pərvin Piriyev tərəfindən 2017-ci il üzrə hesabatı təqdim olunub. MNTK sədrin hesabatından sonra Şuranın sədri Seymur Hüseynov təşkilatın iyun - dekabr ayları üzrə fəaliyyətin təqdimatını keçirib. Məclisin gedişatında Milli Şuraya müraciət edən "Cavan" Gənclər İctimai Birliyi səsvermə nəticəsində assosiativ üzvlüyə qəbul olunub və Gənclər Təşkilatları Milli Şurasına üzv olan gənclər təşkilatlarının sayı 125 çatıb.

Məclisdə Gənclər Təşkilatları Milli Şurasına yeni Baş katibin namizədliyi irəli sürülüb və məclis tərəfindən təsdiqlənib. Milli Şuranın yeni Baş katibi Məryəm Məcidova 2014 - 2016-cı illərdə Milli Şuranın üzvü olan Tələbələrin İqsadiyyat və Menecmentlik üzrə Assosiyasının sədri olub. O, həmçinin 2017-ci ildə gənclər üçün Prezident mükafatına layiq görülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31