Gündəm

İspaniyada onlarla reys təxirə salındı, çünki...

11 Dekabr 2017 17:00

İspaniyada tüğyan edən “Anna” qasırğası ilə əlaqədar ölkənin bir neçə hava limanında 50-yə yaxın reys təxirə salınıb. Məlumata görə, “Anna” qasırğası ötən gün axşam saatlarından başlayıb. Madrid beynəlxalq hava limanında 8, Barselona hava limanında isə 21 reysin təxirə salındığı bildirilir. Məlumata görə, təbiət hadisəsi digər şəhərlərin hava limanlarına da təsir edib.

Dünyada 50%-dən çox insan bu vitaminin olmamasına görə əziyyət çəkir

11 Dekabr 2017 16:56

Alimlərin fikrinə görə, dünyada 50%-dən çox insan B12 vitamininin kəskin çatışmazlığından əziyyət çəkir. Bu vitamin qan və sinir sistemi hüceyrələrinin sağlamlığı, normal maddələr mübadiləsi üçün olduqca vacibdir

Lukaşeviç: "2017-ci il Qarabağ danışıqlarının bərpası baxımından əlamətdardır"

11 Dekabr 2017 16:50

"2017-ci il Dağlıq Qarabağmünaqişəsi bölgəsində təhlükəli eskalasiyadan uzaqlaşma və danışıqlar prosesinin bərpası ilə əlamətdardır". Məlumata görə, bunu bu gün "Rossiya Seqodnya" agentliyində keçirilən Moskva-Vyana telekörpüsündə Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib. 

Restorandakı silahlı insidentə görə həbs edilən şəxslərə 96 il cəza istənildi

11 Dekabr 2017 16:46

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Badamdar qəsəbəsindəki "Bulaq" restoranında baş verən silahlı insidentdə iştirak etməkdə təqsirləndirilən Bəhruz Rəfiyev, Fuad Əsgərov, Tofiq Qaramizadə, Müzəffər Cəfərov, Araz Vəliyev, Murtuza Tağıyev, Süleyman Abdullayev və Hüseyn Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Danimarkalı məhkəməni qunduzlara uduzdu

11 Dekabr 2017 16:41

Danimarkanın Xolstebro şəhərindəki məhkəmədə qəribə proses keçirilib. Yerli fermer Find Andersen-Fryüdal Danimarka ətraf mühitin mühafizəsi agentliyini məhkəməyə verib. Find torpaq ərazisinə qunduzların vurduğu ziyana görə təzminat tələb edib

Rusiya ordusuna Suriyanı tərk etmək əmri verildi

11 Dekabr 2017 16:40

Rusiya ordusu Suriyanı  tərk edəcək. Olaylar.az bildirirk ki, bunu Suriyanın Lazkiyədəki Rusiya bazasında Bəşər Əsədlə görüşən  Vladimir Putin qeyd edib. Belə ki, Putin iki il ərzində Rusiya və Suriya  ordusunun İŞİD terror təşkilatını yox etdiklərini  və  Rusiya ordusuna Suriyanı tərk etməyi əmr edib. Görüş zamanı həmçinin Putin “Türkiyəyə, İrana, Suriyaya sülh gətirəcəyik” ifadısini işlədib.

Hakim Saakaşvili ilə bağlı qərarını elan etdi -  Canlı yayım

11 Dekabr 2017 16:38

Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Kiyevin Peçerski Rayon Məhkəməsində çıxış edib. Bu barədə “Ukrainskaya Pravda” məlumat yayıb. Saakaşvili çıxışı zamanı özünü hərbi əsir hesab etdiyini bildirib: “Mən özümü saxlanılan şəxs yox, hərbi əsir hesab edirəm”.

ƏMDK-da Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib

11 Dekabr 2017 16:33

Əmlak Məsələləri Dövlət Komitəsində dekabrın 11-də xalqımızın Ulu Öndəri Heydər Əliyevin anım mərasimi keçirilmişdir. Komitədən “Olaylar”a verilən məlumata görə, tədbirdə çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov qeyd etmişdir ki, müasir Azərbaycan cəmiyyətinin formalaşması, müstəqil Azərbaycan dövlətinin qurulması, ümumiyyətlə Azərbaycanın müasir tarixi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.

Nazirlik vergi ödəyicilərinə xəbərdarlıq etdi

11 Dekabr 2017 16:31

2018-ci il 1 yanvar tarixdən etibarən statusundan asılı olmayaraq bütün vergi ödəyiciləri tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı elektron qaimə-faktura təqdim edilməlidir. Vergilər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı elektron qaimə-faktura vermək vergi ödəyicinin vəzifələrinə aid edilmişdir. Elektron qaimə-faktura “Onlayn rejimdə” Vergilər Nazirliyinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) vasitəsi ilə elektron qaydada tərtib edilərək və ya “Lazımi proqramlar”dan istifadə edilməklə “Oflayn rejimdə” tərtib edilkdən və elektron imza (o cümlədən “Asan imza”) vasitəsi ilə imzalandıqdan sonra malların, işlərin və xidmətlərin alıcısına göndərilir.

Kərəm Həsənov vətəndaş qəbulu keçirəcək

11 Dekabr 2017 16:30

Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 15 dekabr 2017-ci il tarixində Ağcabədi şəhərində vətəndaş qəbulu keçirəcək.

Rusiya azərbaycanlıları Putinin prezidentliyə namizədliyini dəstəkləyirlər

11 Dekabr 2017 16:23

Rusiya azərbaycanlıları Vladimir Putinin növbəti dəfə prezident postuna namizədliyini irəli sürməsi ilə bağlı qərarını dəstəkləyiblər. Bu barədə Rusiyadakı azərbaycanlı icmaları adından Rusiya prezidentinə göndərilən məktubda qeyd olunub.

Ötən ay nikaha daxil olmaq istəyən 11 nəfərdə QİÇS aşkarlanıb

11 Dekabr 2017 16:22

Bu ilin noyabr ayında nikaha daxil olmaq istəyən 10738 nəfər tibbi müayinədən keçib.  B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib ki, ötən ay müayinədən keçən şəxslərdən 325 nəfərində talassemiya daşıyıcılığı, 18 nəfərdə sifilis, 11 nəfərdə isə QİÇS aşkarlanıb.

Fədayə Laçın məhkəməyə müraciət etdi

11 Dekabr 2017 16:20

Həbsdə olan müğənni Fədayə Laçın məhkəməyə müraciət edib. Bu barədə F.Laçının vəkili Türkel Süleymanlı deyib. Vəkil bildirib ki, F.Laçın istintaq dövründə ev dustaqlığına buraxılmaq istəyir: "Onun səhhətində problemlər var, təcridxana şəraitində müalicələri nəticə verməyəcək. Ona görə də istəyirik ki, Fədayə Laçın istintaq dövründə azadlıqda qalsın".

Metroplitençilər “Şəhidlər muzeyi”ndə olub

11 Dekabr 2017 16:18

Metropoliten İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə «Bakı Metropoliteni» QSC kollektivinin nümayəndələri “Həqiqət” Tarixi Araşdırmalar Birliyinin təşkil etdiyi “Şəhidlər muzeyi”nə baxış keçiriblər. Səhmdar Cəmiyyətdən “OLAYLAR”-a bildirilib ki, təşkilatın sədri, müharibə veteranı Əlövsət Qasımov Ermənistanın işğalçılıq siyasəti və onun nəticələri, Qarabağ və ətraf ərazilərdə erməni silahlılarının törətdiyi vəhşiliklər barədə söhbət apararaq, xatirələrini bölüşüb.