Metroplitençilər “Şəhidlər muzeyi”ndə olub

Metropoliten İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə «Bakı Metropoliteni» QSC kollektivinin nümayəndələri “Həqiqət” Tarixi Araşdırmalar Birliyinin təşkil etdiyi “Şəhidlər muzeyi”nə baxış keçiriblər. Səhmdar Cəmiyyətdən “OLAYLAR”-a bildirilib ki, təşkilatın sədri, müharibə veteranı Əlövsət Qasımov Ermənistanın işğalçılıq siyasəti və onun nəticələri, Qarabağ və ətraf ərazilərdə erməni silahlılarının törətdiyi vəhşiliklər barədə söhbət apararaq, xatirələrini bölüşüb. 

Metropoliten İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə "Bakı Metropoliteni" QSC kollektivinin nümayəndələri "Həqiqət" Tarixi Araşdırmalar Birliyinin təşkil etdiyi "Şəhidlər muzeyi"nə baxış keçiriblər. Səhmdar Cəmiyyətdən "OLAYLAR"-a bildirilib ki, təşkilatın sədri, müharibə veteranı Əlövsət Qasımov Ermənistanın işğalçılıq siyasəti və onun nəticələri, Qarabağ və ətraf ərazilərdə erməni silahlılarının törətdiyi vəhşiliklər barədə söhbət apararaq, xatirələrini bölüşüb. 
Ə.Qasımov metropolitenin şəhər üçün xüsusi əhəmiyyətli nəqliyyat vasitəsi olduğunu qeyd edərək, əhali arasında Qarabağ mövzusunun təbliği və maarifləndirmə istiqamətində "Bakı Metropoliteni" QSC-nin rəhbərliyinin xeyli işlər gördüyünü qeyd edərək təşəkkürünü ifadə edib. O, başçılıq etdiyi təşkilatın idarə heyətinin qərarı ilə bu fəal vətəndaş, vətənpərvər mövqeyinə görə "Bakı Metropoliteni" QSC sədri Zaur Hüseynovu təsis etdikləri "Böyük vətənpərvər" mükafatına layiq gördüklərini bildirib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31