ƏMDK-da Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsində dekabrın 11-də xalqımızın Ulu Öndəri Heydər Əliyevin anım mərasimi keçirilmişdir. Komitədən “Olaylar”a verilən məlumata görə, tədbirdə çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov qeyd etmişdir ki, müasir Azərbaycan cəmiyyətinin formalaşması, müstəqil Azərbaycan dövlətinin qurulması, ümumiyyətlə Azərbaycanın müasir tarixi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.

Əmlak Məsələləri Dövlət Komitəsində dekabrın 11-də xalqımızın Ulu Öndəri Heydər Əliyevin anım mərasimi keçirilmişdir. Komitədən "Olaylar"a verilən məlumata görə, tədbirdə çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov qeyd etmişdir ki, müasir Azərbaycan cəmiyyətinin formalaşması, müstəqil Azərbaycan dövlətinin qurulması, ümumiyyətlə Azərbaycanın müasir tarixi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərimiz xalqımızın taleyində, onun siyasi və ictimai həyatında misilsiz xidmətlər göstərmiş görkəmli dövlət xadimi, dahi şəxsiyyətdir.Ölkəmizdə güclü inkişafdan doğan tələblərə uyğun olaraq həyata keçirilən sosial-iqtisadi islahatların nəticəsində Azərbaycanda mülkiyyət münasibətlərində ciddi dəyişikliklər baş vermişdir. Qəbul olunmuş dövlət proqramlarına uyğun olaraq aparılan genişmiqyaslı özəlləşdirmə Azərbaycanda əmlaka sahibliyin yeni sturukturunun formalaşması ilə nəticələnmişdir. Mülkiyyət münasibətlərinin dəyişilməsinə uyğun olaraq, əmlak idarəçiliyi sistemi inkişaf etdirilmiş, bu sahədə yeni mexanizmlər yaradılmışdır. Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə əmlak idarəçiliyi sahəsində islahatların digər mühüm istiqamətini torpaq islahatları və daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatının yeni sisteminin yaradılması olmuşdur.Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə bildirmişdir ki, Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olmuşdur. Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalmış və unudulmamışlardır. Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi və əhəmiyyətli rolu vardır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31