Gündəm

Röyanın keçmiş biznes ortağı həbs edildi

11 Dekabr 2017 18:13

Tanınmış müğənni, əməkdar artist Röya Ayxanın keçmiş biznes ortağı həbs edilib. Məlumata görə, R.Ayxanla birgə işləmiş tanınmış dizayner Səbinə Hüseynova Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub.

İsrailə etiraz olaraq Aya-Sofyada namaz qıldılar

11 Dekabr 2017 18:03

İstanbulda polis Aya-Sofya muzeyində namaz qılmağa çalışan bir qrup gənci saxlayıb. Məlumata görə, həmin gənclər ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarına etiraz olaraq muzeyə daxil olaraq namaz qılmağa başlayıblar. Həmin şəxslərin Milliyətçi Hərəkat Partiyasının tərəfdarları olduğu deyilir.

Parisdə qəbiristanlıqlar da bağlandı - Küləyə görə

11 Dekabr 2017 18:01

Parisdə davam edən güclü küləklərlə əlaqədar parklar, qəbiristanlıqlar və digər yaşıllıq ərazilər sakinlər üçün bağlanıb. Məlumata görə, Fransanın mərkəzi bölgələrində “Anna” qasırğası tüğyan edir.

Qışda niyə tez-tez xəstələnirik? - Alim səbəbi göstərib VACİB XƏBƏRDARLIQ ETDİ

11 Dekabr 2017 17:49

“Qışda psixoloji olaraq bədən xəstələnir. Bunun da başlıca səbəbi günəşsizlikdir. Ona görə içəridə qalmayın”. Bu sözləri Türkiyəli daxili xəstəliklər üzrə həkim, kardioloq, professor Canan Karatay deyib. Onun sözlərinə görə, xəstəliklərin başlıca səbəbi həm də D vitamini çatışmazlığıdır: “Qış olsa da, qar, dolu yağsa da, hər tərəf buz bağlasa da, küçəyə çıxıb gəzin. Dəniz kənarında, meşələrdə gəzin. Bu zaman depessiyadan da xilas olarsınız. Günəş az göründüyünə görə tez-tez depressiyaya düşürsünüz. Ancaq təbii qidalar qəbul etdiyiniz zaman depressiyaya düşməzdiniz”.

Ərdoğandan sərt açıqlama — "Yaxın Şərqdə axan qanların baiskarı ABŞ-dır"

11 Dekabr 2017 17:47

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edib ki, ABŞ-ın son qərarı səhv addımdır. Ərdoğanın bəyanatına əsasən, Qüdsü İsrailin paytaxtı elan edən ABŞ Yaxın Şərqdə axan qanların iştirakçısına çevrilib: "Trampın bəyanatı bizi bağlamır, Qüds isə vahid olmadı".

Qardaşı arvadını qohumu ilə sevişərkən tutdu və... - Salyandakı olayın DƏHŞƏTLİ TƏFƏRRÜATI

11 Dekabr 2017 17:44

Salyan rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən 1983-cü il təvəllüdlü Məmmədağa Quliyev və onun qardaşı, 1984-cü il təvəllüdlü Zaur Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Nyu-Yorkda partlayış baş verib

11 Dekabr 2017 17:27

ABŞ-ın Nyu-York şəhərində, Manhettendə partlayış baş verib. Bu barədə Nyu-York polisi öz “Twitter” səhifəsində qeyd edib.

İran XİN: Bəzi ərəb dövlətləri islam dünyası və Fələstinə xəyanət edib

11 Dekabr 2017 17:24

“Xəzərin hüquqi statusuna dair konvensiyanın taleyinin prezidentlərin Qazaxıstanın Astana şəhərində keçiriləcək görüşündə həll olunmasına ümid çoxdur”. Bunu İranXarici İşlər Nazirliyinin sözçüsü  Bəhram Qasimi bu gün keçirdiyi mətbuat konfransında  deyib.

Salyandakı amansız qətlin sirri

11 Dekabr 2017 17:17

Salyanda törədilən ailə qətliamı eşidənləri dəhşətə gətirir. 3 il ərzində itkin düşmüş kimi axtarılan Salyan sakini Mehparə Əliyeva və 4 qızı - İradə, Rəqibə, Sevda, Ümidənin doğma ataları tərəfindən amansızlıqla qətlə yetirildiyi məlum olub. İçki aludəçisi olan Fərhad Əliyev ailə-məişət münaqişəsi zəminində həyat yoldaşını və 4 qızınını öldürərək onları yaşadıqları evdə basdırıb.

14 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edilib

11 Dekabr 2017 17:17

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə  Salyan və Neftçala rayonlarında inşa edilmiş 14 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib.

Azərbaycan söz və fikir, məlumat azadlığının təmin olunmasında maraqlıdır

11 Dekabr 2017 17:08

Müstəqil Azərbaycanda söz və fikir azadlığının təmin edilməsi demokratiyanın vacib amillərindən hesab olunur. Sirr deyil ki, mütəmadi olaraq bu istiqamətində ciddi addımlar atılmaqda davam edir.

Nazir Abşeronda vətəndaşları qəbul edib

11 Dekabr 2017 17:06

Bu gün Abşeron rayonu Heydər Əliyev Mərkəzində gənclər və idman naziri Azad Rəhimov Abşeron, Sumqayıt, Xızı, Şamaxı, Qobustan şəhər və rayon sakinlərini qəbul edib. Nazirliyin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, qəbulda ümumilikdə  20-dən artıq vətəndaş iştirak edib. Qəbul əsnasında müraciətlər müxtəlif sahələri əhatə edib. Gənclər sahəsində edilən müraciətlər sırasına Qeyri Hökumət Gənclər Təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti istiqamətində olub.  

"Azəravtoyol"da Heydər Əliyevin xatirəsi yad edilib

11 Dekabr 2017 17:05

“Azəravtoyol” ASC-də ulu öndər Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar anma mərasimi keçirilib. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən bildirilib ki, “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov çıxış edərək müstəqil Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətləri, demokratik hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barədə ətraflı məlumat verib.

Səfərbərlik Xidməti qalibləri mükafatlandırdı

11 Dekabr 2017 17:04

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vətənpərvərlik təbliğatının yüksəldilməsi məqsədi ilə respublika orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirdiyi  “Çağırır vətən” adlı yazı müsabiqəsinin qaliblərinin təltif edilməsi mərasimi keçirilib.

Avropanın dondurucu soyuqları Azərbaycana GƏLİR?

11 Dekabr 2017 17:02

Son günlər bir sıra Avropa ölkələrində soyuq hava şəraiti ilə bağlı xəbərdarlıq edilib, bəzilərində isə həyat iflic olub. Böyük Britaniyada yağan güclü qar bütün nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib. Əhaliyə məcburiyyət olmadığı təqdirdə evdən çıxmamaq tövsiyə olunub. Fransanın 32 departamentində kəskin hava şəraiti ilə əlaqədar təhlükə səviyyəsi ən yüksək həddə elan olunub. Buna səbəb ölkə ərazisində tüğyan edə "Ana" qasırğasıdır.