Gündəm
Proqramçılar “Windows” üçün görünməz virus yaradıblar
“EnSilo” şirkətinin əməkdaşları antivirus proqramlarını keçməyə imkan verən ən yeni metod təqdim ediblər. Yeni metod “Black Hat Europe 2017”-də təqdim edilib.
Sağlam yuxu üçün lazım olan məhsullar...
Yuxu ilə bağlı problemlərin səbəbi müxtəlif olduğu kimi onların müalicə üsulu da müxtəlifdir. Yuxunun tənzimlənməsi üçün bəzi məhsulların mütəmadi olaraq qəbulu məsləhət görülülr.
Bu zəhər, ilan zəhərindən 30 dəfə güclüdür!
Arı zəhəri arının zəhər vəzilərindən əmələ gələn şəffaf mayedir, çox mürəkkəb tərkibə malikdir. Bəzən “apitoksin” də adlandırılan həmin mayeni ilk dəfə 1897-ci ildə Çexiyada öyrənməyə başlayıblar. Sonrakı tədqiqatlar göstərib ki, arı zəhərinin tərkibində çox vacib olan amin turşuları kompleksi, zülallar, mineral maddələr və s. var.
Alimlər beynin qocalmasının səbəbini açıqladılar!
Alimlər insan beyninin qocalmasının genetik proqramını kəşf ediblər. Sən demə, ahıl yaşlarda beynin qocalmasının, yaddaşın və əqlin zəifləməsinin başlıca mexanizmi sinir hüceyrələrinin genomlarında təsadüfi mutasiyaların toplanmasından ibarətdir. “RİA Novosti” saytında yer alan məlumata görə, son illər alimlər arasında belə bir mübahisə yenidən qızışıb: qocalma və ölüm prosesi nədən ibarətdir? Bəzi bioloqlar və evolyusionistlər hesab edirlər ki, bu proses təsadüfü xarakter daşımır və yeni nəslə yol açmaq üçün orqanizmi zəifləməyə və ölməyə məcbur edən “ölüm proqramı” deyilən özünəməxsus genlər dəsti ona nəzarət edir.
"Səbail"in qış fasiləsi üçün planları
"Səbail"in qış təlim-məşq toplanışında yoxlama matçı keçirəcəyi komandalardan birinin adı müəyyənləşib. Gələn ay Antalyaya yollanacaq bakılıların Türkiyədəki sınaqçı rəqibləri sırasında Bolqarıstan klubu da olacaq.
"Şaxtyor" məşqçiləri və hakimlər arasında konflikt
Ukrayna çempionatının 19-cu turunda "Zorya" ilə qarşılaşan turnir cədvəlinin lideri "Şaxtyor" 1:2 hesabı ilə uduzub. Oyundan sonra Donetsk klubunun baş məşqçisi Paulo Fonseka və köməkçiləri baş hakimlə mübahisə ediblər. Onlar referi Serqey Boykonu qərəzli idarəçilikdə ittiham edib. Boyko oyunda "Şaxtyor" futbolçularına 3 qırmızı vərəqə göstərib və komandanı penalti ilə cəzalandırıb. Məşqçi və hakimlər arasındakı konflikti təhlükəsizlik əməkdaşları yatızdırıb.
PSJ Canluicinin agenti ilə danışıqları bərpa etdi
PSJ "Milan"ın qapıçısı Canluici Donnarummanı transfer etməkdə israrlıdı. Paris klubu qapıçının agenti Mino Rayola ilə danışıqları bərpa edib. PSJ Canluicini yayda transfer etmək istəyirdi. Paris nəhəngi həmin vaxt ona görə 70 milyon avro ödəməyə hazır idi. Ancaq həmin vaxt "Milan" Donnarummanı yeni müqavilə bağlamağa razı sala bilmişdi. Qapıçı ilə müqavilə 2021-ci ilə qədər uzadılmışdı.
Rusiyadan Azərbaycana etnik separatizm ixracı cəhdləri
Zaman-zaman müəyyən məkrli dairələr, qara qüvvələr Rusiya ilə Azərbaycan arasında mövcud olan dostluq, strateji tərəfdaşlıq münasibətlərinə zərbə vurmağa çalışıblar və təəssüflər olsun ki, günümüzdə də bu kimi təxribat xarakterli hərəkətlər davam edir. Xüsusi diqqət çəkən məqam ondan ibarətdir ki, Moskva ilə Bakı arasında gərginlik yaratmaq cəhdləri iki ölkə rəhbərliyinin yüksək səviyyədə keçirilən ikitərəfli və ya çoxtərəfli əməkdaşlıq müzakirələrindən sonra müşahidə edilməyə başlayır. Hazırda da belə bir tendensiya davam edir və bu təxribat xarakterli hərəkətlər Azərbaycan və Rusiya prezidentlərinin bir müddət əvvəl Soçidə baş tutan mühüm görüşü, eləcə də Tehranda gerçəkləşən Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli sammitindən sonra özünü daha qabarıq şəkildə büruzə verməyə başlayıb.
Serial başlamadan sevgili oldular
Müğənni Alişanın gizli sevgilisinin kimliyi bəlli olub. Aparıcı Esra Erolun bacısı Eda Erolla nişanını qaytaran ifaçı tərəf müqabili olan Buse Varola aşiq olub. Cütlük “Dostlar mahallesi” serialında birlikdə kamera qarşısına keçəcəklər. Alişanla Buse gizlicə birlikdə tətilə də yollanıblar.
İki serial qəhrəmanı eşq yaşayır
FOX-da yayımlanan “Şevkat yerimdar”ın aktrisası Başak Parlakla “Star”da efirə gedən “Fazilet hanım ve kızları” serialının aktyoru Alp Nevruz eşq yaşayır.
Pərvin Tunaydan 200 min təzminat istədi
Keçmiş aparıcı və aktrisa Tunay Əliyeva ilə Pərvin Abıyeva arasındakı qalmaqal məhkəmə ilə nəticələnib. Məlumata görə, Tunay Pərvini məhkəməyə verib 100 min təzminat istədiyini bildirib. P.Abıyeva "ATV maqazin onlarla" verilişində Tunaydan istədiyi təzminatın məbləğini açıqlayıb: "Heç kimlə işim yoxdur. Məhkəməyə müraciət etdim, 10-dan sonra vaxt açıqlanacaq. O, məndən 100 min istəyib. mənsə ondan 200 min istəyirəm".
Diqqət: Toz orqanizmdə bronxial astma və allergiya yaradır!
Toz - məişət həyatının ayrılmaz hissəsidir. Ev, ofis və ümumilikdə bizi əhatə edən hər bir əşyanın üzərinə yəğılan toz, insan orqanizmini sağlamlığa bir başa təsir edir. Məhz bu səbəbdən tozla mübarizə aparmaq istəyirsinizsə, həftədə 1 dəfə əsaslı ev yığışdırılmasında deyil, gündəlik olaraq mübarizə aparmaq lazımdır.
Bakının 3 qəsəbəsində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün maliyyə vəsaiti ayrılıb
Prezident İlham Əliyev Bakı şəhəri Xəzər rayonunun Zirə və Türkan qəsəbələrində, Pirallahı rayonunun Pirallahı qəsəbəsində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Qribuskayte Poroşenko ilə görüşdən imtina etdi – Səbəb
Ukrayna Prezidenti Pyotr Poroşenko Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvillini ukrayna vətəndaşlığını ləğv etməklə böyük səhvə yol verib. Bunu öz Feysbuk səhifəsində rusiyalı siyasətçi Konstantin Borovoy paylaşıb.
İraq şiələrinin lideri: “Silahları təhvil verin”
İraq şiələrinin lideri Müqtəda əs-Sədr tərəfdarlarını silahlarını dövlətə təhvil verməyə çağırıb. Sədrin müraciəti İraq televiziyaları vasitəsilə canlı yayımlanıb. O, tərəfdarlarına yerləşdiyi mövqeləri 45 gün ərzində hökumət qüvvələrinə təhvil verməyi tapşırıb. Sədr yalnız öz qüvvələrinin şiələr üçün müqəddəs olan Samirə şəhərindən çıxmayacağını bildirib.














