Gündəm
Daha bir jurnalist həlak oldu - Somalidə
Somalidə partlayış nəticəsində telejurnalist həyatını itirib. Partlayış jurnalistin evinin yaxınlığında Moqadişuda baş verib. Qeyd olunur ki, Kalsan TV-də çalışan 30 yaşlı Məhəmməd İbrahim Qaabou öz avtomobili ilə hərəkət edərkən, maşına quraşdırılmış bomba partlayıb.
Ancelina Colidən NATO-ya çağırış
Məhşur aktrisa Ancelina Coli NATO-nun baş katibi Yens Stoltenberqə məktub ünvanlayıb. BMT-nin Sülhməramlı elçisi olan Hollivud ulduzu baş katibdən qadınlar üçün xüsusi qoruma xahiş edib. Coli bildirib ki, hazırda dünyada bir çox yerlər mövcuddur ki, qadınlar döyüşən tərəflərin hədəfinə çevrilib.
Azərbaycanın gələcəyi naminə canını fəda edən dahi şəxsiyyət
Tam 14 il oldu ONUN haqq dünyasına qovuşması. 14 ildir qurub-yaratdığı, inkişaf etdirdiyi, dünyada sayılıb-seçilən bir ölkəyə çevirdiyi Azərbaycan Heydər Əliyevsizdir. Nə qədər qəbuledilməz, ağrılı olsa da, Azərbaycan xalqı bu reallıqla barışmaq məcburiyyətindədir. Və 14 ildir ki, Ulu öndərin əziz xatirəsinə yüksək ehtiram, sayğı nümayiş etdirir.
Düşmən ordusunda daha 4 cinayət hadisəsi qeydə alındı
Azərbaycanın işğal olunmuş ərazilərdə yerləşdirilən erməni hərbi birləşmələrində qarşıdurma artır. İşğal olunan Ağdərə yaşayış məntəqəsində yerləşən Ermənistan ordusunun bölmələrindən birində qarşılıqlı nizamnamə münasibətlərinin pozulmasına görə həbs olunan hərbi qulluqçular David Bağikyan, Aşot Ğantarcan və kiçik çavuş Aşot Gevorkyan barəsində cinayət işi açılıb.
“Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda tədbir
Dekabrın 11 - də Bilik Fondu, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası və Hərb Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda tədbir keçirilib. Olaylar.az bildirir ki, zabitlərin, əsgərlərin, Yasamal rayonu 53 nömrəli tam orta məktəbin müəllim və şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə Akademiyanın dosenti, tarix elmləri doktoru Mehman Süleymanovun həmin mövzuda mühazirəsi dinlənilib.
Xəbərdarlıq: Kompyuterdə işləyərkən, bu qaydalara mütləq əməl edin...
Hamımızın bildiyinə görə, müasir dövrdə bir çox insanlar ofislərdə oturaq həyat sürərək özlərinə bir çox xəstəlilər qazanırlar. Ofis işi adətən monitor qarşısında oturmaqdır ki, bu da əzələ hərəkətsizliyi və səhv qamətdən daha böyük problemlər yarada bilir. Bundan əlavə görmə qabiliyyəti pisləşir və daimi baş ağrıları müşahidə olunur.
“Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur”
YAP Siyasi Şurası və Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycan Universitetində “Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur” mövzusunda mühazirə söyləyib.
D vitamini orqanizmə nə üçün lazımdır?
İlk olaraq qeyd edək ki, D vitamini bir neçə formada olur. Bu vitaminin D1,D2,D3,D4,D5 kimi formlar mövcuddur. Lakin insan orqanizmi üçün vacib rol oynayan D2 və D3 formalarıdır.
"Min bir gecə" və "Sevil" operaları nümayiş olunacaq
Dekabrın 17 - d Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun 95 illik yubileyi ilə əlaqədar "Min bir gecə", dekabrın 20-də isə "Sevil" operası nümayiş olunacaq. Olaylar.azbildirir ki, görkəmli bəstəkarın "Min bir gecə" baleti və "Sevil" operası uzun illərdir ki, Opera və Balet Teatrının repertuarındadır və yaradıcı heyət bəstəkarın xatirəsini bu tamaşalarla yad edəcəkdir.
Avtonom avtomobillər üçün innovativ texnologiya təqdim olunub
"LG Electronics" şirkəti sürücüsüz avtomobillərin təhlükəsizliyini artırmağa imkan verən texnologiya nümayiş etdirib. Avtomobil istehsalçıları avtomobilin ətraf mühitlə "ünsiyyəti" üçün nəzərdə tutulan hazırlanmış texniki həllin təhlükəsizlik sahəsində yeni standart olacağına ümid edirlər.
Bu smartfon digərlərindən daha sürətli enerji toplayır
Çinin qabaqcıl smartfonunun batareyası 30 dəqiqə ərzində 53%, 1 saat müddətində isə 100% enerji ilə doldurulub. Məlum olub ki, “OnePlus 5T” smartfonu rəqiblər arasında ən sürətli enerjidoldurma funksiyasına malikdir. Qabaqcıl smartfon 1 saat ərzində 100% enerji toplayıb.
“3D” printerdə “Wi-Fi” qurğusu çap edilib
Vaşinqton Universitetinin alimləri üçölçülü printer vasitəsilə “Wi-Fi” qurğusu çap ediblər. Qurğunun tərkibi plastik və misdən ibarətdir. Misdən antena rolunu oynayan nazik sim düzəldilib. Siqnal dişli çarx və yayın mexaniki hərəkətə gətirilməsi ilə ötürülür. Qurğu akkumulyatorsuz işləyir və elektrik enerjisindən asılı deyil. Məlumata görə, siqnalı kompüter, smartfon və ya radioqəbulediciyə ötürmək mümkündür.
“Fynoti” qurğusu evi oğrulardan qoruyacaq
Mütəxəssislər ev üçün mühafizə sistemlərini əvəzləyəcək yeni “Fynoti” qurğusunu təqdim ediblər. “Fynoti” bütün evi skan edən infraqırmızı ötürücüdən istifadə edir. Qurğu 12 metr diapazonda müəyyən hərəkət aşkarlayan zaman 110 desibelik həyəcan siqnalı verəcək, eləcə də evdə quraşdırılan “Wi-Fi” şəbəkəsindən istifadə etməklə ev sahibinin smartfonuna bildiriş göndərəcək. Qurğu, həmçinin ev sahibinin seçiminə uyğun olaraq başqa insanlara bildirişlər göndərə bilər.
Yeni dron ofis işçilərinin həddən artıq əməksevərliyi ilə mübarizə aparacaq
Yaponiyanın “Taisei” şirkəti ofis işçilərinin həddən artıq əməksevərliyi ilə mübarizə üçün orijinal həll təklif edib.
Növbəti il “iPhone” modelləri “L” şəkilli batareya ilə təchiz ediləcək
“Apple” şirkəti “OLED” ekranlı gələcək smartfonlar üçün “L” hərfi şəklində olan batareyaların hazırlanması ilə məşğuldur. “KGI Securities” şirkətinin analitiki Minq-Çi Kuonun sözlərinə görə, gələcək modellərin akkumulyator tutumu artırılacaq. Yeni batareyaların tədarükçüsü qismində Cənubi Koreyanın “LGC” şirkətinin çıxış edəcəyi gözlənilir.




.jpg)









