Daha bir jurnalist həlak oldu - Somalidə

Somalidə partlayış nəticəsində telejurnalist həyatını itirib. Partlayış jurnalistin evinin yaxınlığında Moqadişuda baş verib. Qeyd olunur ki, Kalsan TV-də çalışan 30 yaşlı Məhəmməd İbrahim Qaabou öz avtomobili ilə hərəkət edərkən, maşına quraşdırılmış bomba partlayıb.

Somalidə partlayış nəticəsində telejurnalist həyatını itirib. Partlayış jurnalistin evinin yaxınlığında Moqadişuda baş verib.

Qeyd olunur ki, Kalsan TV-də çalışan 30 yaşlı Məhəmməd İbrahim Qaabou öz avtomobili ilə hərəkət edərkən, maşına quraşdırılmış bomba partlayıb.

Qaabonun ailə üzvlərinin sözlərinə görə, hadisədən sonra o, xəstəxanaya çatdırılıb, lakin jurnalist orada ölüb. Qaabou ilin əvvəlindən Somalidə ölən sayca 5-ci jurnalistdir. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31