Azərbaycanın gələcəyi naminə canını fəda edən dahi şəxsiyyət

Tam 14 il oldu ONUN haqq dünyasına qovuşması. 14 ildir qurub-yaratdığı, inkişaf etdirdiyi, dünyada sayılıb-seçilən bir ölkəyə çevirdiyi Azərbaycan Heydər Əliyevsizdir. Nə qədər qəbuledilməz, ağrılı olsa da, Azərbaycan xalqı bu reallıqla barışmaq məcburiyyətindədir. Və 14 ildir ki, Ulu öndərin əziz xatirəsinə yüksək ehtiram, sayğı nümayiş etdirir.

Qədirbilən xalqımız Heydər Əliyevin əzəz xatirəsini hər zaman uca tutur

Tam 14 il oldu ONUN haqq dünyasına qovuşması. 14 ildir qurub-yaratdığı, inkişaf etdirdiyi, dünyada sayılıb-seçilən bir ölkəyə çevirdiyi Azərbaycan Heydər Əliyevsizdir. Nə qədər qəbuledilməz, ağrılı olsa da, Azərbaycan xalqı bu reallıqla barışmaq məcburiyyətindədir. Və 14 ildir ki, Ulu öndərin əziz xatirəsinə yüksək ehtiram, sayğı nümayiş etdirir.

Adətən hər hansı bir şəxsiyyət, dövlət adamı dünyasını dəıyişəndə, haqq dünyasına qovuşanda ilk bir neçə ay, ən yaxşı halda bir il həmin şəxsiyyəti yetişdirən, Ona son nəfəsinə qədər etimad göstərən millət, xalq üçün ağır olur. Aylar, illər keçdikdən sonra isə Onun ölümü də digər ölümlər kimi adiləşir, yaddaşlardan silinir. Yalnız tarixdə kiçik bir epizod kimi qalır. Ancaq Heydər Əliyev üçün bunu demək mümkün deyil. Tam 14 il keçməsinə baxmayaraq hələ də Azərbaycan xalqı bu itki ilə barışmaq istəmir. Hər il dekabr ayının ilk on günü yaxınlaşdıqca insan dərisi soyuq, şaxtada necə çat verir, sızıldayırsa, eləcə də Azərbaycan xalqının, millətinin ürəyi Heydər Əliyevin yoxluğundan, aramızda olmamasından dolayı sızıldamağa başlayır, acı çəkir. Bunun da səbəbi aydındır, bütün çılpaqlığı ilə ortadadır. Ümumiyyətlə, bir xalq, millət, cəmiyyət öz liderini nə zaman sevər, ona etimad göstərər, həyatı boyunca ona dəstək verər? Bir çoxları deyə bilər ki, bu mümkün olan bir şey deyil. Nədən ki, bir lider, şəxsiyyət, dövlət adamı həyatı bpyunca, siyasi hakimiyyətdə olduğu dönəmlərin hər birində müsbət obraz kimi yadda qalmaya bilər. Tarixin hansısa zaman kəsiyində yalnışlığa, səhvə imza ata bilər. Bu üzdən həmin şəxsiyyətin hər zaman sevilməsi, ona ehtiram göstərilməsi də bir qayda olaraq mümkün deyil. Ancaq bəzi istisnalara da rast gəlmək mümkündür. Necə ki Heydər Əliyevin timsalında bunun əyani şahidinə çevrildik. Onun müşahidəçisi, iştirakçısı, seyricisi olduq ki, Heydər Əliyev ömrünün hüzur, dinclik, istrahətlə keçirməli olduğu zamanda belə xalq istəyi, arzusunu öz şəxsi maraqlarından, hətta həyatından belə üstün tutaraq çiyinlərini müdriklik, ahıl yaşlarında belə ağır bir daş altına verdi. Hansı ki, həmin daş birbaşa Azərbaycan xalqına tuşlanmışdı. O, daş Azərbaycanın müsəqilliyini bölməyə, param-parça etməyə hesablanmışdı. Ancaq ümummilli lider Heydər Əliyev çiyinlərinə həmin daşın altına verərək onu zərərsizləşdirməyə, müstəqilliyimizin əldə getməməsinə nail oldu.

Yaxın tarixə qısaca nəzər yetirsək görərik ki, XX əsrin 90-cı illərində Azərbaycanın müstəqil bir respublika kimi elan olunması keçmiş SSRİ rəhbərliyi ilə yanaşı, yaxın və uzaq qonşularımızın da ürəyincə deyildi. Ona görə də zaman-zaman Azərbaycana qarşı məkirli planlar işə salınır, yenicə qazandığımız müstəqilliyimizi əlimizdən almaq istəyirdilər. İlk belə cəhd 1993-cü ilin əvvəlllərindən başladı və may-iyun aylarında artıq Azərbaycan faktiki olaraq parçalanmaq, bölünmək təhlükəsi ilə qarşılaşdı. Ölkə xaos, anarxiya girdabında boğulurdu. Belə bir gərgin vəziyyətdə xalq ümid yeri kimi Heydər Əliyevə üz tutdu və 1993-cü ilin iyun ayında Ülu öndər xalqın təkidli tələbi ilə yenidən Bakıya siyasi hakimiyyətə qayıdaraq Azərbaycan dövləti, xalqını düşmüş olduğu böhran, xaos vəziyyətindən xilas etdi, ölkəni parçalanmaq, məhv olmaq təhlükəsindən qurtardı. Tezliklə Heydər Əliyev ölkədə hökm sürən hərc-mərcliyi aradan qaldırmağa, siyasi sabitlik yaratmağa müvəffəq oldu.

Siyasi sabitliyin hökm sürdüyü bir məkanda, yerdə təbii ki, iqtisadi inkişafı üçün də imkanlar, şərait yaranır. Ancaq gərək bu imkanları dəyərləndirə, ondan yararlana biləsən. Təbii ki, bu da yalnız Heydər Əliyevə xas xüsusiyyət idi. Beləliklə, ölkədə siyasi sabitliyə nail olan ümummilli lider Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsi istiqamətində ciddi addımlar atmağa başladı. Ölkə iqtisadiyyatının inkişaf etdirilməsi istiqamətində Heydər Əliyevin atrmış olduğu ən mühüm və ölkə həyatı üçün əlamətdar olan hadisə 1994-cü il, sentyabr ayının 20-də "Əsrin müqaviləsi"nin imzalanması oldu. O dövrdə kifayət qədər siyasi iradə və risq tələb edən bu addımı da məhz Heydər Əliyev atdı və Onun uzaqgörən. müdrik siyasəti nəticəsində xarici investorlar Azərbaycana sərmayə yatırmağa başladılar.

Beləliklə, siyasi sabitlikdən sonra başlanan iqtisadi inkişaf ölkə həyatında, insanların sosial şəraitinin yaxşılaşdırılmasında öz müsbət nəticələrini göstərdi. Qısa zamanda Azərbaycan uğurlu inkişaf yolu keçərək inkişaf etməkdə olan ölkələrlə eyni sıranı bölüşdürdü. İqtisadi tərəqqi dövrünə qədəm qoydu.

Heydər Əliyevin ən böyük arzusu və amalı, ən ciddi cədhlə çalışdığı məsələ Dağlıq Qarabağ probleminin həlli ilə bağlı idi ki, tale Ulu Öndərə bu missiyanı tamamlamaq imkanı tanımadı. Ancaq Heydər Əliyevin Azərbaycanı əmin əllərə həvalə etməsi Azərbaycan xalqında bir əminlik və ümid yaradır ki, tezliklə Azərbaycanın bu problemi də həllini tapacaq və ümummilli liderin də ruhu bununla bir daha şad olacaq. Necə ki, qədirbilən xalqımız aradan 14 il keçməsinə baxmayaraq bu gün də Ulu Öndəri böyük sevgi və sayğı ilə anır, onun ruhunu şad edir.

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31