"Min bir gecə" və "Sevil" operaları nümayiş olunacaq
Dekabrın 17 - d Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun 95 illik yubileyi ilə əlaqədar "Min bir gecə", dekabrın 20-də isə "Sevil" operası nümayiş olunacaq. Olaylar.azbildirir ki, görkəmli bəstəkarın "Min bir gecə" baleti və "Sevil" operası uzun illərdir ki, Opera və Balet Teatrının repertuarındadır və yaradıcı heyət bəstəkarın xatirəsini bu tamaşalarla yad edəcəkdir.
11 Dekabr 2017 19:51 Teatr və kinoDekabrın 17 - d Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun 95 illik yubileyi ilə əlaqədar "Min bir gecə", dekabrın 20-də isə "Sevil" operası nümayiş olunacaq.
Olaylar.azbildirir ki, görkəmli bəstəkarın "Min bir gecə" baleti və "Sevil" operası uzun illərdir ki, Opera və Balet Teatrının repertuarındadır və yaradıcı heyət bəstəkarın xatirəsini bu tamaşalarla yad edəcəkdir.
Dekabrın 17-də keçiriləcək "Min bir gecə" baletində əsas rolları Əməkdar artist Makar Ferştandt, solistlər Cəmilə Kərimova, Leyla Narimanidze, Anar Mikayılov ifa edəcəklər.
Dekabrın 20-də baş tutacaq "Sevil" operasında isə Azərbaycanın Xalq artisti Azər Zeynalov, Əməkdar artistlər İlahə Əfəndiyeva , Afaq Abbasova, Səbinə Vahabzadı, Cahangir Qurbanov, Əliəhməd İbrahimov və b. çıxış edəcəklər.