“3D” printerdə “Wi-Fi” qurğusu çap edilib

Vaşinqton Universitetinin alimləri üçölçülü printer vasitəsilə “Wi-Fi” qurğusu çap ediblər. Qurğunun tərkibi plastik və misdən ibarətdir. Misdən antena rolunu oynayan nazik sim düzəldilib. Siqnal dişli çarx və yayın mexaniki hərəkətə gətirilməsi ilə ötürülür. Qurğu akkumulyatorsuz işləyir və elektrik enerjisindən asılı deyil.   Məlumata görə, siqnalı kompüter, smartfon və ya radioqəbulediciyə ötürmək mümkündür.

Vaşinqton Universitetinin alimləri üçölçülü printer vasitəsilə "Wi-Fi" qurğusu çap ediblər. Qurğunun tərkibi plastik və misdən ibarətdir. Misdən antena rolunu oynayan nazik sim düzəldilib. Siqnal dişli çarx və yayın mexaniki hərəkətə gətirilməsi ilə ötürülür. Qurğu akkumulyatorsuz işləyir və elektrik enerjisindən asılı deyil.   Məlumata görə, siqnalı kompüter, smartfon və ya radioqəbulediciyə ötürmək mümkündür.
 
Mütəxəssis Vikram İyerin sözlərinə görə, işin məqsədi müəyyən əşyanı "3D" printerdə çap edərək sonradan ondan ötürücü kimi istifadə etməkdən ibarət olub. Bunun üçün plastikdən istifadə edilməsi ilə bağlı müəyyən çətinliklər yaransa da, problemi ardan qaldırmaq mümkün olub.
 
Bildirilir ki, layihəni kommersiyalaşdırmaq istəməyən mütəxəssislər onun iş alqoritmini pulsuz yaymaq niyyətindədirlər. Onların fikrincə, bu, insanlara müxtəlif qurğu prototipləri yaradaraq onlara yeni və maraqlı şeylər hazırlamağı öyrənməyə kömək edəcək.   "ICTnews" Elektron Xəbər Xidməti "VistaNews" resursuna istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31