“Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda tədbir 

Dekabrın 11 - də Bilik Fondu, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası və Hərb Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə  “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda tədbir keçirilib.   Olaylar.az bildirir ki, zabitlərin, əsgərlərin, Yasamal rayonu 53 nömrəli tam orta məktəbin müəllim və şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə Akademiyanın dosenti, tarix elmləri doktoru Mehman Süleymanovun həmin mövzuda mühazirəsi dinlənilib.

Dekabrın 11 - də Bilik Fondu, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası və Hərb Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə  "Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu" mövzusunda tədbir keçirilib.

Olaylar.az bildirir ki, zabitlərin, əsgərlərin, Yasamal rayonu 53 nömrəli tam orta məktəbin müəllim və şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə Akademiyanın dosenti, tarix elmləri doktoru Mehman Süleymanovun həmin mövzuda mühazirəsi dinlənilib.

Muzeyin direktoru, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə, ehtiyatda olan 1-ci dərəcəli kapitan, tarix elmləri doktoru Nurulla Əliyev, polkovnik Rəşad Tahirov görkəmli dövlət xadimi, Ulu öndərimiz Heydər Əliyevin Azərbaycanın Milli Ordu quruculuğu istiqamətində həyata keçirdiyi böyük işlərdən danışıb.

Bilik Fondunun sektor müdiri Hacı Abdulla Fondun fəaliyyətində Ümummilli lider Heydər Əliyev ideyalarının təbliğinin  daim əsas istiqamət olduğunu, bu sahədə ardıcıl tədbirlər həyata keçirildiyini bildirib. Bilik Fondu ilə Akademiya arasında imzalanmış Əməkdaşlıq sazişinə əsasən həyata keçirilən birgə maarifləndirici tədbirlərin maraqla qarşılandığını və əhəmiyyətini vurğulayıb. Tədbirdə Müdafiə Nazirliyinin sifarişi ilə Ulu öndərin haqqında çəkilmiş film nümayiş etdirilib.

Tədbir iştirakçıları muzeydə yaradılmış "Heydər Əliyev və Azərbaycan Milli Ordusu" foto-sənədlər guşəsi ilə tanış olublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31