İranda sərnişin təyyarəsi məcburi eniş edib
22:29 Dünyaİranın "Sepahan" aviaşirkətinə məxsus Boeing 737 sərnişin təyyarəsi şassi ilə bağlı problem və mühərrikin ehtimal olunan zədələnməsi səbəbindən Məşhəd şəhərində məcburi eniş edib.
Bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb.
Qeyd olunub ki, pilot Məşhəd-Kermanşah reysi zamanı havada yaranmış fövqəladə vəziyyət barədə məlumat verib və nəticədə təyyarə hava limanına geri qayıdıb. Hadisə ilə əlaqədar Məşhəd hava limanının uçuş-enmə zolaqlarından biri bağlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31