"Səbail"in qış fasiləsi üçün planları

"Səbail"in qış təlim-məşq toplanışında yoxlama matçı keçirəcəyi komandalardan birinin adı müəyyənləşib. Gələn ay Antalyaya yollanacaq bakılıların Türkiyədəki sınaqçı rəqibləri sırasında Bolqarıstan klubu da olacaq. 

Samir Əliyevin yetirmələri "Lokomotiv"lə üz-üzə gələcəklər. Plovdiv təmsilçisi ilə görüş yanvarın 29-da baş tutacaq. Bolqarıstan mətbuatının yazdığına görə, "Lokomotiv" yanvarın 25-də Antalyaya yollanacaq. Fevralın 10-na qədər Türkiyədə qalacaq kollektiv ilk yoxlama matçını məhz "Səbail"ə qarşı keçirəcək. "Lokomotiv" Bolqarıstan çempionatında 20 turdan sonra 23 xal toplayıb və turnir cədvəlində 9-cu pillədə qərarlaşıb. "Səbail" isə Azərbaycan Premyer Liqasında qış fasiləsinə 6-cı pillədə yollanıb. Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31