"Şaxtyor" məşqçiləri və hakimlər arasında konflikt

Ukrayna çempionatının 19-cu turunda "Zorya" ilə qarşılaşan turnir cədvəlinin lideri "Şaxtyor" 1:2 hesabı ilə uduzub. Oyundan sonra Donetsk klubunun baş məşqçisi Paulo Fonseka və köməkçiləri baş hakimlə mübahisə ediblər. Onlar referi Serqey Boykonu qərəzli idarəçilikdə ittiham edib. Boyko oyunda "Şaxtyor" futbolçularına 3 qırmızı vərəqə göstərib və komandanı penalti ilə cəzalandırıb. Məşqçi və hakimlər arasındakı konflikti təhlükəsizlik əməkdaşları yatızdırıb.

Oyunun 90-cı dəqiqəsinə kimi 8 nəfərlə oynayan "Şaxtyor" hesabda 1:0 öndə olub. Əlavə olunmuş dəqiqələrdə "Zorya" 1-i penaltidən olmaqla 2 qol vurub. Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31