Rusiyadan Azərbaycana etnik separatizm ixracı cəhdləri

Zaman-zaman müəyyən məkrli dairələr, qara qüvvələr Rusiya ilə Azərbaycan arasında mövcud olan dostluq, strateji tərəfdaşlıq münasibətlərinə zərbə vurmağa çalışıblar və təəssüflər olsun ki, günümüzdə də bu kimi təxribat xarakterli hərəkətlər davam edir. Xüsusi diqqət çəkən məqam ondan ibarətdir ki, Moskva ilə Bakı arasında gərginlik yaratmaq cəhdləri iki ölkə rəhbərliyinin yüksək səviyyədə keçirilən ikitərəfli və ya çoxtərəfli əməkdaşlıq müzakirələrindən sonra müşahidə edilməyə başlayır. Hazırda da belə bir tendensiya davam edir və bu təxribat xarakterli hərəkətlər Azərbaycan və Rusiya prezidentlərinin bir müddət əvvəl Soçidə baş tutan mühüm görüşü, eləcə də Tehranda gerçəkləşən Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli sammitindən sonra özünü daha qabarıq şəkildə büruzə verməyə başlayıb. 

Yaxud şimal qonşumuzdakı antiAzərbaycan dairələrinin kim himayə edir?

Zaman-zaman müəyyən məkrli dairələr, qara qüvvələr Rusiya ilə Azərbaycan arasında mövcud olan dostluq, strateji tərəfdaşlıq münasibətlərinə zərbə vurmağa çalışıblar və təəssüflər olsun ki, günümüzdə də bu kimi təxribat xarakterli hərəkətlər davam edir. Xüsusi diqqət çəkən məqam ondan ibarətdir ki, Moskva ilə Bakı arasında gərginlik yaratmaq cəhdləri iki ölkə rəhbərliyinin yüksək səviyyədə keçirilən ikitərəfli və ya çoxtərəfli əməkdaşlıq müzakirələrindən sonra müşahidə edilməyə başlayır. Hazırda da belə bir tendensiya davam edir və bu təxribat xarakterli hərəkətlər Azərbaycan və Rusiya prezidentlərinin bir müddət əvvəl Soçidə baş tutan mühüm görüşü, eləcə də Tehranda gerçəkləşən Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli sammitindən sonra özünü daha qabarıq şəkildə büruzə verməyə başlayıb. 

Qeyd etmək lazımdır ki, Azərbaycan və Rusiya arasında gərginlik yaratmaq, iki ölkə arasında mövcud olan əməkdaşlığa zərbə vurmaq cəhdlərinə hər dəfə bəlli qüvvələr səfərbər edilir. Əgər prezidentlərin Soçi görüşü ərəfəsində Rusiyadakı erməni maraqlarına xidmət edən müəyyən dairələr, eləcə də şimal qonşumuzun müəyyən strukturlarına yer alan ermənipərəsət rəsmi şəxslər Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi fonunda Bakı-Moskva münasibətlərinə zərbə vurmağa çalışırdılarsa, budəfəki ssenaridə dövriyyəyə Azərbaycan dövlətinə, eləcə də mənsub olduqları Talış zonasına xəyanət etmiş bəzi üzdəniraq şəxslər buraxılıb. Fəxrəddin Aboszadə və Zabil Məhərrəmovun timsalında. Ümumiyyətlə, yaxın tarixə nəzər yetirsək aydın şəkildə görərik ki, hər zaman şimal qonşumuz, daha dəqiq desək, bu ölkədəki antiAzərbaycan qüvvələr vasitəsilə Azərbaycanda etnik separatizmi alovlandırmağa cəhdlər olub. Vaxtı ilə özünü "Talış Muğan Respublikası"nın prezidenti elan etmiş Əlikram Hümbətovun da o zaman əsas maliyyə və hərbi qaynağı məhz şimal qonşumuzdakı antiAzərbaycan dairələr tərəfindən təmin edilirdi. Hazırda da demək olar ki, eyni ssenari davam edir. Ancaq bir qədər fərqli prizma və formada.

Bəs,  budəfəki fəaliyyət proqramı və Azərbaycana fərqli formada zərbə vurmaq planları nədən ibarətdir?

Müşahidələrimiz onu deməyə əsas verir ki, Azərbaycanda etnik zəmində qarşıdurma yarada bilməyəcəklərinin fərqinə varan sözügedən milli xainlər əllərində olan media resursları vasitəsilə Azərbaycan dövlətini aşağılamaq, ermənilərə xüsusi sevgi və sayğı nümayiş etdirməyə başlayıblar. Bu prosesin Rusiyadan idarə olunması da qeyd etdiyimiz kimi Moskva ilə Bakı arasında gərginlik yaratmağa hesablanlb. Belə ki, Zabil Məhərrəmov adlı şəxsin Rusiyada idarə etdiyi "Talışıstan" TV-nin proqramlarından, orada gedən reportajlardan bunu aydın görmək mümkündür. "Bizim qardaşlarımız türklər yox, ermənilərdir, Ermənistan bizim pənahımızdır" deyən Zabil Məhərrəmovun erməni sevgisi o qədər çoxdur ki, sözügedən şəxs telekanal əməkdaşlarının böyük əksəriyyətini də məhz Rusiyada yaşayan ermənilərdən formalaşdırıb. Telekanal vasitəsilə cəmiyyətə Cahangir Şıxızadə kimi sıradığı aparıcı da əslində Rusiyada yaşayan erməni Sargis Asatryandır. Bütün fəaliyyətini Ermənistan dövləti qarşısında Azərbaycanı aşağılamağa sərf edən Zabil Məhərrəmov 2016-cı ilin aprel hadisələri zamanı da bu ənənəsinə sadiq qalaraq açıq-aşkar erməni təbliğatı ilə məşğul olub. Dördgünlük hərbi əməliyyatlar zamanı milli xəyanətkar Zabil Məhərrəmov  rəhbərlik etdiyi tekekanal vasitəsilə belə bir informasiya savaşı aparıb ki, ermənilər sürətli Bakıya doğru irəliləyirlər. Ancaq məsələnin mahiyyəti tam açıqlandıqdan və Azərbaycan Silahlı Qüvvələrinin uğurlu hərbi əməliyyatlar nəticəsində bir neçə strateji əhəmiyyətli yüksəkliyi ələ keçirməsi barədə rəmsi məlumat yayıldıqdan sonra Zabil Məhərrəmov valı 180 dərəcə dəyişərək ermənilərin məzlum, yazıq obrazını yaratmağa, azərbaycanlılar tərəfindən vəhşiliklərə məruz qaldığı barədə rəy formalaşdırmağa çalışıb.

Azərbaycana qarşı açıq-aşkar düşmən mövqeyindən çıxış edən milli xainlərdən biri də  Fəxrəddin Aboszadədir ki, onun da fəaliyyəti ölkəmizdə etnik separatizmi qızışdırmağa hesablanıb. Hələ Azərbaycanda olarkən burada malik olduğu informasiya resurslarında ölkədə etnik qarşıdurma yaratmağa hesablanmış məqalələr, yazılar dərc qələmə alan, çağırışlar edən Fəxrəddin Aboszadə hazırda bu məkrli planını şimal qonşumuz da davam etdirir. Onun da Rusiyada fəal işlədiyi çevrələr məhz erməni lobbisi, eləcə də bu ölkədə ermənilərə xüsusi rəğbəti olan müəyyən strukturlardır.

Göründüyü kimi Rusiyadakı bəlli çevrələr, ermənipərəst dairələrin xətti ilə Azərbaycan əleyhinə yeni bir cəbhə açılıb. Düzdür, bu və ya digər buna oxşar cəhdlər Azərbaycan dövlətinə hər hansı bir təsir göstərmək gücündə, iqtidarında olmasa da, amma Rusiya ilə Azərbaycan arasında mövcud olan dostluq, strateji tərəfdaşlıq münasibətlərinə xələl gətirir. Çünki iki ölkə arasında tarixi köklər, bağlılıq var. Tarixdən gələn bu münasibətlər, ikitərəfli əməkdaşlıq bu gün hər iki ölkənin siyasi rəhbərliyi tərəfindən uğurla inkişaf etdirilir və yeni imkanlar açır. Ümid etmək olar ki, şimal qonşumuzda Azərbaycan əleyhinə yönəlmiş fəaliyyətlərə rəsmi səviyyələrdə reaksiya veriləcək və Moskvadan Bakıya bəlli dairələr tərəfindən yönəlmiş təxribat xarakterli hərəkətlərin qarşısı alınacaq.

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31