Avropanın bəzi ölkələri Kanada ilə “unikal ittifaq” ideyasına qarşıdır- ÖZƏL
10:39 DünyaOlaylar.az xəbər verir ki, "Financial Times"ın yazdığına görə, bəzi Avropa hökumətləri Avropa İttifaqı ilə Kanada arasında "unikal ittifaq" yaradılması ideyasına şübhə ilə yanaşır.
Kanadanın Baş naziri Mark Karni daha əvvəl Aİ ilə belə bir ittifaq yaratmaq üçün danışıqlara başlamaq istədiyini, lakin ölkəsinin Aİ-yə üzvlüyünü nəzərdə tutmadığını açıqlamışdı. Avropalı diplomatlar isə Kanada ilə daha sıx əməkdaşlığın imkan və məhdudiyyətlərinin real qiymətləndirilməsinin vacibliyini bildiriblər. Digər rəsmi şəxs Kanadanın Aİ-nin vahid bazarına mümkün çıxışı məsələsində ehtiyatlı olmağa çağırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31