Səfərbərlik Xidməti qalibləri mükafatlandırdı
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vətənpərvərlik təbliğatının yüksəldilməsi məqsədi ilə respublika orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirdiyi “Çağırır vətən” adlı yazı müsabiqəsinin qaliblərinin təltif edilməsi mərasimi keçirilib.
11 Dekabr 2017 17:04 SosialSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vətənpərvərlik təbliğatının yüksəldilməsi məqsədi ilə respublika orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirdiyi "Çağırır vətən" adlı yazı müsabiqəsinin qaliblərinin təltif edilməsi mərasimi keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbiri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini general-mayor Zaur Abdullayev açaraq müsabiqə haqqında məlumat verib. Bildirilib ki, Dövlət Xidməti tərəfindən gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində silsilə tədbirlər həyata keçirilir. "Çağırır vətən" yazı müsabiqəsi belə layihələrin davamıdır. Tədbirin sonunda "Çağırır vətən" adlı yazı müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilib.