"Azəravtoyol"da Heydər Əliyevin xatirəsi yad edilib

“Azəravtoyol” ASC-də ulu öndər Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar anma mərasimi keçirilib. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən bildirilib ki, “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov çıxış edərək müstəqil Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətləri, demokratik hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barədə ətraflı məlumat verib.

"Azəravtoyol" ASC-də ulu öndər Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar anma mərasimi keçirilib. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən bildirilib ki, "Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədov çıxış edərək müstəqil Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətləri, demokratik hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barədə ətraflı məlumat verib.

Cəmiyyət sədri çıxışında Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin tarixin yetirdiyi ən dahi şəxsiyyətlərdən biri olduğunu, ölkəmizin tarixinin 30 ildən artıq bir dövrünü əhatə edən taleyinin, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrindəki dirçəlişinin məhz Ulu Öndərin adı ilə sıx bağlı olduğunu vurğulayıb.

Bildirilib ki, ölkəmizə rəhbərlik etdiyi bu illər ərzində Ümummilli lider Heydər Əliyev Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyıb, onu bir dövlət, xalqımızı isə bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxara bilib, ölkənin gələcək inkişaf strategiyasını müəyyən edib və onun həyata keçirilməsi üçün mühüm addımlar atıb. Xalqımız bu gün həm ana vətənimiz Azərbaycanda, həm də onun hüdudlarından kənarda Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31