Danimarkalı məhkəməni qunduzlara uduzdu

Danimarkanın Xolstebro şəhərindəki məhkəmədə qəribə proses keçirilib. Yerli fermer Find Andersen-Fryüdal Danimarka ətraf mühitin mühafizəsi agentliyini məhkəməyə verib. Find torpaq ərazisinə qunduzların vurduğu ziyana görə təzminat tələb edib

Danimarkanın Xolstebro şəhərindəki məhkəmədə qəribə proses keçirilib. Yerli fermer Find Andersen-Fryüdal Danimarka ətraf mühitin mühafizəsi agentliyini məhkəməyə verib. Find torpaq ərazisinə qunduzların vurduğu ziyana görə təzminat tələb edib.

Fermer hökumətdən 27-40 min avro arası təzminat almaq niyyətində olub. Qunduzlar fermerin ağaclarını gəmiriblər və su təchizatına ziyan vurublar. Amma məhkəmə müəyyən edib ki, fermerə artıq kifayət qədər təzminat ödənilib.  Andersen-Fryüdal agentliyə məhkəmə xərcləri olaraq 4 min avro ödəməlidir. Ölkə.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31