BMT və Avropa Şurasının Yerevandakı ofisi qarşısında etiraz aksiyası

“Erməni dövləti naminə” cəbhənin üzvləri “Siyasi məhbuslara azadlıq” şüarı ilə BMT və Avropa Şurasının Ermənistandakı ofislərinin qarşısında etiraz aksiyası keçiriblər.  Aksiya iştirakçıları şikayət məktublarını beynəlxalq nümayəndəliklərə təqdim ediblər. Nümayişçilər siyasi məhbusların azadlığa buraxılması tələbini irəli sürüblər. “Hüquq və azadlıq mərkəzi” ictimai təşkilatının sədri Vardan Harutyunyan bildirib ki, Ermənistan bu günədək insan hüquqlarının layiqli şəkildə qorunmasını təmin edə bilməyib.

"Erməni dövləti naminə" cəbhənin üzvləri "Siyasi məhbuslara azadlıq" şüarı ilə BMT və Avropa Şurasının Ermənistandakı ofislərinin qarşısında etiraz aksiyası keçiriblər.  Aksiya iştirakçıları şikayət məktublarını beynəlxalq nümayəndəliklərə təqdim ediblər. Nümayişçilər siyasi məhbusların azadlığa buraxılması tələbini irəli sürüblər. "Hüquq və azadlıq mərkəzi" ictimai təşkilatının sədri Vardan Harutyunyan bildirib ki, Ermənistan bu günədək insan hüquqlarının layiqli şəkildə qorunmasını təmin edə bilməyib.

Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts isə hakimiyyət tərəfindən seçki nəticələrinin saxtalaşdırıldığını, insan hüquqlarının tapdalandığını qeyd etməklə, belə halların ölkəni tərk edənlərin sayının artmasına təkan verdiyini vurğulayıb.

Qeyd edək ki, "Erməni dövləti naminə" cəbhəsi 1 ay əvvəl yaradılıb. Birlik üzvlərinin əsas hissəsi kütləvi iğtişaşlar törətməkdə ittiham olunaraq keçən il iyun ayında həbs edilən Jirayr Sefilyanın silahdaşlarından ibarətdir. Azvision.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31