Rusiya hərbi qüvvələrini Suriyadan çıxarır

Rusiya prezidenti Vladimir Putin Rusiya hərbi qüvvələrininSuriyadan çıxarılmasına başlanması barədə əmr verib. Məlumata görə, bu barədə bu gün Suriyaya səfər edən V. Putin Hmeymim hərbi bazasında hərbçilər qarşısında çıxışında bəyan edib. "Müdafiə nazirinə, Baş Qərargah rəisinə Rusiya qoşun qruplaşmalarının çıxarılmasına başlanmasını və daimi dislokasiya məntəqəsinə göndərilməsini əmr edirəm", - deyə Vladimir Putin çıxışında bildirib. Putin Rusiya hərbçilərinin Suriyadan vətənə qələbə ilə döndüyünü vurğulayıb: "Bundan sonra terrorçular Suriyada başlarını qaldırsalar, onlara yenidən zərbələr endirəcəyik".

Qeyd edək ki, Rusiya Hava Kosmik Qüvvələri 2015-ci ilin sentyabrın 30-dan Suriyada terrorçulara qarşı əməliyyatlarda iştirak edir. 2016-cı ilin martında Rusiya prezidenti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirdiklərinə görə Hava Kosmik Qüvvələrinin böyük hissəsinin çıxarılması haqqında qərar verib. Bununla belə, Rusiya Suriyahakimiyyətinə silahlı və hərbi texniki yardım göstərməyi dayandırmayıb. Suriyada Rusiyanın Hmeymim aviabazası, Tartus limanında Hərbi Dəniz Donanmasının maddi-texniki təminat məntəqəsi fəaliyyət göstərir. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31