Gündəm
BVF: Azərbaycan iqtisadiyyatı bu il 1,3% böyüyəcək
2018-ci ildə Azərbaycanda iqtisadi artımın 1,3% təşkil edəcəyi proqnozlaşdırılır. Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatında bildirilir. BVF həmçinin bu il Azərbaycanda istehlak qiymətləri indeksinin birrəqəmli həddə olacağını qeyd edib: "2018-ci ildə Azərbaycanda inflyasiyanın 8% olacağı proqnozlaşdırılır”.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları üçün təlimlər keçirilir
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları üçün “Azərbaycan Hökumətinin ərzaq məhsulları və yem təhlükəsizliyinə rəsmi nəzarət sahəsində institusional potensialının gücləndirilməsi” layihəsi çərçivəsində üç həftəlik təlimlərə başlanılıb.
Bakıda torpağa basdırılmış odlu silah tapılıb
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin əməkdaşları Bakıda gizlədilən odlu silah aşkarlayıb. Bu barədə Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Rəsulzadə bələdiyyəsi hesabat verdi
M.Ə.Rəsulzadə bələdiyyəsi sədrinin 2017-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, hesabat yığıncağında Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmiləri iştirak ediblər. Hesabat yığıncağını giriş nitqi ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva qəsəbədə görülən və görülməsi nəzərdə tutulan işlərdən danışıb.
Qanunsuz saxlanılan silah-sursat müsadirə olundu
Qanunsuz saxlanılan silah-sursat aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, daxil olan məlumat əsasında Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının yanvarın 22-də keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonunun Məhəmmədi kənd sakini, əvvəllər məhkum olunmuş Cənnət Məcidovun yaşadığı evə baxış keçirilib və oradan “RPK 74” markalı silah və 5 ədəd patron aşkar edilərək götürülüb.
“Kəmtərovlar ailəsi” adlı hekayələr toplusu Türkiyə türkcəsində
Görkəmli yazıçı, ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin “Kəmtərovlar ailəsi” adlı hekayələr kitabı Türkiyədə işıq üzü görüb. Azərbaycan Yazıçılar Birliyindən verilən xəbərə görə, yazıçının 110 illik yubileyinə ərməğan olaraq hazırlanan kitab Türk Ədəbiyyatı Vəqfi tərəfindən “Türk dünyası ədəbiyyatı seriyası”ndan çap olunan birinci əsərdir.
PYD lideri: Ərdoğan Kərkükə qədər gedəcək...
Türkiyə girdiyi heç bir yerdən geri çəkilməyib. Bu sözləri PYD/YPG terror təşkilatının rəhbəri Saleh Müslüm deyib. “Türkiyə şəkil dəyişdirə bilər, ancaq girdiyi ərazidən çıxmaz. Ərdoğan Misaki-Millidən bəhs edir. Belə görünür ki, Mosula, Kərkükə qədər gedəcəklər”, - Müslüm deyib.
"Ermənistana prezident lazım deyil" - Lilit Avakyan
Ermənistan prezidenti Serj Sarkisyan istər ölkədə, istərsə də beynəlxalq aləmdə nüfuzunu tamamilə itirdiyini gördükdən sonra yenidən dövlət başçısı seçilə bilməyəcəyini anladı. Lakin hakimiyyəti əldən verməmək üçün yeni plan hazırlayaraq ölkəni parlament tipli respublikaya çevirib özünü baş nazir elan etmək qərarına gəldi. Bu halda da ölkəyə prezident lazımdır.
Azərbaycanda uşaqlara dərman şəxsiyyət vəsiqəsilə satılacaq
Azərbaycanda 14 yaşı tamam olmayan uşaqlara dərman vasitələri şəxsiyyət vəsiqəsi ilə satılacaq. Bu barədə Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, deputat Musa Quliyev bildirib. Deputat hesab edir ki, bu addım uşaqları təhlükədən qorumaq üçün nəzərdə tutulub. “14 yaşı tamam olmayan uşaqlara dərman satılmaması doğru addımdır. Uşaqları dərman təhlükəsindən qorumaq vacibdir. Uşaqlar aldığı dərmanın əhəmiyyətini, zərərini bilməzlər və uyğun olmayan halda dərman ala bilərlər ki, bu da onlara mənfi təsir göstərər".
Sankt-Peterbuqrda 20 Yanvar faciəsinə həsr olunmuş gecə keçirilib
1990-cı il yanvarın 20-də Bakıda baş verən faciənin qurbanları Rusiyanın Sankt-Peterburq şəhərində anılıb. Sankt-Peterburq şəhərində Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin rəhbəri Vaqif Məmişov tədbiri açaraq, hadisələrlə bağlı qısa xatırlatma verib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, tədbirdə Azərbaycanın Sankt-Peterbuqrdakı Baş konsulu Sultan Qasımov, Millətlər Evinin direktor müavini Dmitriy Fedotov, professor Yuriy Pompeyev, “Naxçıvan” İctimai Birliyinin rəhbəri İdris Qəhrəmanov, azərbaycanlıların və digər xalqların diaspor nümayəndələri iştirak edib.
Bazarda qiymətlər dəyişdi
Son ayın göstəricilərinə görə, (dekabr) Bakıda avtomobil bazarında orta qiymət 18 790 manat təşkil edib. Bu barədə məlumat veriəb "MBA Group” konsaltinq şirkətinin direktoru, ekspert Nüsrət İbrahimovun sözlərinə görə, bu o deməkdri ki, noyabr ayı ilə müqayisədə orta qiymət 12,18 faiz artıb.
“Koza Nostra”nın 56, "Kamorra”nın 45 üzvü "içəri atıldı"
İtaliyanın iki vilayətində “Kamorra” mafiya qruplaşmasına qarşı əməliyyat keçirilib. Məlumata görə, Lazio və Kampaniya vilayətlərində həyata keçirilmiş əməliyyatlar nəticəsində qruplaşmanın 45 üzvü saxlanılıb. Saxlanılan şəxslər qanunsuz silah saxlamaqda, çirkli pulların yuyulmasında, reket və cinayətkar dəstə yaratmaqda şübhəli bilinirlər. Polis qüvvələri mafiya qruplaşmasının həbsdə olan rəhbərliyi ilə azadlıqdakı üzvlər arasında yazışmalarını da üzə çıxarıb.
PYD-nin xainliyinə cavab
Türkiyənin səhvsiz olaraq davam etdirdiyi “Zeytun budağı” əməliyyatı ilə küncə sıxışan PYD dünya ictimaiyətində “sivil insanlar qətliam edilir” fikri formalaşdırmaq üçün Afrində xəndək döyüşü planına ümid edir.
Rusiya Qərbi gözlədiyimizdən daha tez vuracaq – İngilis general
Rusiya düşmənçilik fəaliyyətini sürətli və gözlənilməz şəkildə başlada bilər. Bunu “Qardian” qəzetinə açıqlamasında Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nik Karter söyləyib. “Rusiya düşmənçilik fəaliyyətinə bizim gözlədiyimizdən daha tez başlaya bilər. Bu, yaşıl adamcıqların peyda olması ilə başlamayacaq. Ruslar hər şeyi bzim gözləmədiyimiz yerdən başladacaqlar. Gördüklərimizi gələcək üçün model kimi qəbul etmək olmaz. Rusiya mümkün hücümu Avropanın təhlükəsizlik təminatı strukturlarına gerçəkləşdirə bilər. Hədəf həmçinin NATO-ya etibarın yox edilməsidir.
Röya Ayxanın Aygün Bəylərə qarşı şikayəti əsasında məhkəmə başlayıb
Bu gün Səbail rayon Məhkəməsində əməkdar artist Röya Ayxanın əməkdar artist Aygün Bəylərə qarşı iddiası əsasında məhkəmə iclası başlayıb. Hakim Zaur Əliyevin sədrlik etdiyi iclasda anket məlumatlar dəqiqləşdirilib. A. Bəylər və nümayəndəsinin məhkəməyə gəlmədiyi məlum olub. Məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salınıb.














