“Koza Nostra”nın 56, "Kamorra”nın 45 üzvü "içəri atıldı"
İtaliyanın iki vilayətində “Kamorra” mafiya qruplaşmasına qarşı əməliyyat keçirilib. Məlumata görə, Lazio və Kampaniya vilayətlərində həyata keçirilmiş əməliyyatlar nəticəsində qruplaşmanın 45 üzvü saxlanılıb. Saxlanılan şəxslər qanunsuz silah saxlamaqda, çirkli pulların yuyulmasında, reket və cinayətkar dəstə yaratmaqda şübhəli bilinirlər. Polis qüvvələri mafiya qruplaşmasının həbsdə olan rəhbərliyi ilə azadlıqdakı üzvlər arasında yazışmalarını da üzə çıxarıb.
23 Yanvar 2018 13:16 Dünyaİtaliyada "mafiya davası"
İtaliyanın iki vilayətində "Kamorra" mafiya qruplaşmasına qarşı əməliyyat keçirilib. Məlumata görə, Lazio və Kampaniya vilayətlərində həyata keçirilmiş əməliyyatlar nəticəsində qruplaşmanın 45 üzvü saxlanılıb. Saxlanılan şəxslər qanunsuz silah saxlamaqda, çirkli pulların yuyulmasında, reket və cinayətkar dəstə yaratmaqda şübhəli bilinirlər. Polis qüvvələri mafiya qruplaşmasının həbsdə olan rəhbərliyi ilə azadlıqdakı üzvlər arasında yazışmalarını da üzə çıxarıb.
Qeyd edək ki, ötən gün İtaliyanın Siciliya adasında Aqricento əyalətində mafiyaya qarşı keçirilən əməliyyat nəticəsində "Koza Nostra" mafiya qruplaşmasının 56 üzvü saxlanılıb. Saxlananlar arasında "mafiya bossu"nun oğlu, eləcə də San Byaco Platani qəsəbəsinin merinin də olduğu bildirilib. Trend.az