Qanunsuz saxlanılan silah-sursat müsadirə olundu
Qanunsuz saxlanılan silah-sursat aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, daxil olan məlumat əsasında Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının yanvarın 22-də keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonunun Məhəmmədi kənd sakini, əvvəllər məhkum olunmuş Cənnət Məcidovun yaşadığı evə baxış keçirilib və oradan “RPK 74” markalı silah və 5 ədəd patron aşkar edilərək götürülüb.
23 Yanvar 2018 13:45 KriminalQanunsuz saxlanılan silah-sursat aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyindən "Olaylar"a verilən məlumata görə, daxil olan məlumat əsasında Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının yanvarın 22-də keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonunun Məhəmmədi kənd sakini, əvvəllər məhkum olunmuş Cənnət Məcidovun yaşadığı evə baxış keçirilib və oradan "RPK 74" markalı silah və 5 ədəd patron aşkar edilərək götürülüb. Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə Muğan qəsəbə sakini Qurbət Əsgərovun yaşadığı evə baxış zamanı isə "TOZ-16" markalı tüfəng və 2 ədəd patron aşkar edilib.Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər. Faktlarla bağlı cinayət işləri başlanılıb.