Gündəm
Əxlaqsız hərəkətlər etməkdə ittiham olunan məktəb direktorunun məhkəməsi başlayır
Xaçmazda 12 yaşlı şagirdə qarşı əxlaqsız hərəkətlər etməkdə ittiham olunan Xaçmaz rayonu, Arzu qəsəbə tam orta məktəbinin direktoru Gülfəz Alxasovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Məlumata görə, cinayət işi baxılmaq üçün Xaçmaz rayon Məhkəməsinə göndərilib. İşə məhkəmənin hakimi Fizuli Mirzəquliyevin rəhbərliyi ilə yaxın günlərdə baxılacağı bildirilir.
Mənzildən pul və qızıl oğurlanıb
Bakıda mənzildən xeyli miqdarda pul və qızıl oğurlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 21-də rayon ərazisindəki evlərin birindən 1800 manat və 3000 ABŞ dolları, habelə 700 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş Rəşad Əhmədov saxlanılıb.
Sürücülər 29,5 milyon manat cərimə ödəyib
Ötən il ərzində Azərbaycanda piyadalar və sürücülərə yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq olunan cərimələrin məbləği açıqlanıb. Dövlət Statistika Komitəsinin (DSK) İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, həmin müddətdə piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə 35154 protokol, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə isə 581656 protokol tərtib olunub, müvafiq olaraq 703,1 min manat və 29 milyon 506,5 min manat cərimə tətbiq olunub: “Protokolların 33,1 %-i yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 9,4 %-i işıqforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 8,2 %-i dayanma və ya durma qaydalarının pozulması, 7,6 %-i yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 3,4 %-i təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, qalan hissəsi isə digər səbəblər üzrə tərtib olunub”.
Sahibkarlara 5000-ci lisenziya verilib
İqtisadiyyat Nazirliyi tərəfindən 5 saylı Bakı “ASAN xidmət” mərkəzində sayca 5000-ci lisenziya verilib. Sənəd İqtisadiyyat Nazirliyinin və “ASAN xidmət” mərkəzinin əməkdaşları tərəfindən tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri fəaliyyəti üzrə “AMAL+A” MMC-yə təqdim edilib. İqtisadiyyat Nazirliyindən “Olaylar"a verilən məlumata görə, “AMAL+A” MMC-nin nümayəndəsi ölkədə sahibkarlığın inkişafı sahəsində görülən tədbirlərə, aparılan kompleks islahatlara, lisenziyaların verilməsi prosedurlarının sadələşdirilməsinə və şəffaflığın təmin olunmasına görə dövlət başçısına təşəkkürünü bildirib.
İstiqlal şairinin EVİ SATILDI
Türkiyənin məşhur starı Sezen Aksu 1,5 milyon TL ödəyərək aldığı evi satıb. Olaylar.az bildirir ki, müğənninin zamanında aldığı ev Türkiyənin istiqlal şairi Mehmet Akif Ersoya məxsus olub.
“Qərəzli kampaniya aparan təşkilatlara müraciətlər ünvanlanır”
“Ümumiyyətlə, Azərbaycana qarşı tarixin müxtəlif mərhələlərində qərəzli kampaniyalar aparılıb. Təbii ki, burada da erməni diasporunun və lobbisinin təsiri çox güclüdür. Eyni zamanda bir çox ölkələrin də Azərbaycanla bağlı bəzən qərəzli münasibətinin şahidi oluruq”. Bunu Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin təbliğat və informasiya şöbəsinin müdiri Elşad Miraləm deyib.
Tərlan Əhmədov: “Belə şey ildə bir dəfə olur”
"Neftçi" Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində dünən keçirdiyi ilk yoxlama oyununda Rusiyanın "SKA-Xabarovsk" klubuna məğlub olub - 1:8. Komandamızın yeganə qolunu meydana ikinci hissədə daxil olan İqnasio Errera vurub.
Bosniyadan gətirilən 20 ton ətdə xəstəlik tapıldı - 5 aydır insanlar yeyir
Türkiyənin Qida, Təsərrüfat və Heyvandarlıq Nazirliyinin Bosniya və Hersoqovinadan idxal etdiyi 20 ton mal ətində xəstəlik tapılıb. Ətlərin laborotoriya nəticələri açıqlanmadan satıldığı iddia edilib. Ətlər ötən ilin avqust ayının 24-də Türkiyəyə keçirilib.
Tağıyevin imzası olan FOTO - ŞƏKİL
Milli Azərbaycan Tarixi Muzeyinə görkəmli xeyriyyəçi H.Z.Tağıyevin foto-şəkli hədiyyə edilib. Olaylar.az bildirir ki, bəhs edilən foto-şəkli Muzeyə Türkiyədə yaşayan həmyerlimiz, Anadolu Universitetinin professoru Zaur Mükərrəm (Məhərrəmov) təqdim edib.
2 saylı hamam özəlləşdirildi
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib. Komitədən “Olaylar”a verilən məlumata görə, bu gün keçirilən hərracda özəlləşdirilən əmlaklar kiçik dövlət müəssisəsi və qeyri-yaşayış sahəsidir. Həmin obyektlərin fəaliyyətini genişləndirməklə yaxşı qazanc əldə etmək mümkündür. Belə əmlaklardan olan 2 saylı hamam xidmət sahəsində gəlirlidir. Adı çəkilən əmlak Göygöl şəhərində yerləşir, ümumi faydalı sahəsi 500 kv.m-ə yaxın, torpaq sahəsi isə 1500 kv.m-dən çoxdur. Obyekt torpaq sahəsi ilə birgə özəlləşdirilib.
Məhsullarımız nüfuzlu beynəlxalq sərgidə
Azərbaycanın 14 şirkətinin məhsulları dünyanın ən nüfuzlu beynəlxalq sərgilərindən olan – “Beynəlxalq Yaşıl Həftə” sərgisində nümayiş olunub. Kənd Təsərrüfatı Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Azərbaycan kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbovun başçılığı ilə nümayəndə heyəti 18-20 yanvar tarixlərində Berlin şəhərində təşkil olunmuş kənd təsərrüfatı, bağçılıq və ərzaq sahələrində dünyanın ən nüfuzlu beynəlxalq sərgilərindən olan “Beynəlxalq Yaşıl Həftə” sərgisində və kənd təsərrüfatı nazirlərinin 10-cu Qlobal Ərzaq və Kənd Təsərrüfatı Forumunda iştirak edib.
Azərbaycanda Xolokost həftəsi təşkil olunub
BMT-nin Azərbaycandakı nümayəndəliyi İsrail səfirliyi ilə birgə yanvarın 23-dən 27-nə kimi Azərbaycanda Xolokost həftəsi təşkil edir. “OLAYLAR”-a BMT-nin Bajı ofisinin İnformasiya Departamentindən bildirilib ki, həftə ərzində müxtəlif təhsil ocaqlarında sərgilər və "Xolokostun uşaqları" adlı sənədli filmin nümayişi keçiriləcək. Tədbirlər ADA Universiteti, Binəqədi rayon Gənclər Evi və Bakı Oxford məktəbində baş tutacaq.
Müəllim və valideynlərin müraciətləri dinləniləcək
Yanvarın 26-da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşları paytaxtın Binəqədi və Nəsimi rayonları üzrə müəllim və valideynləri qəbul edəcək.
Azərbaycanın iqtisadi imkanları genişləndirilir
“Ələtdə Azad İqtisadi Zonanın formalaşdırılması Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi və beynəlxalq yükdaşımaların təşkil edilməsi baxımından çox vacib elementlərdən və islahatlardan biridir”.
Ankara, Moskva və Dəməşq... - ABŞ üçün fəlakət XƏBƏRDARLIĞI
“Qərb ölkələri Ankaranın diplomatik dəstəyini itirmək istəməyəcək”. Bunu Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun (ASO) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatını şərh edən Böyük Britaniyanın “Qardiyan” nəşri yazıb.








.jpg)





