Əxlaqsız hərəkətlər etməkdə ittiham olunan məktəb direktorunun məhkəməsi başlayır

Xaçmazda 12 yaşlı şagirdə qarşı əxlaqsız hərəkətlər etməkdə ittiham olunan Xaçmaz rayonu, Arzu qəsəbə tam orta məktəbinin direktoru Gülfəz Alxasovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Məlumata görə, cinayət işi baxılmaq üçün Xaçmaz rayon Məhkəməsinə göndərilib. İşə məhkəmənin hakimi Fizuli Mirzəquliyevin rəhbərliyi ilə yaxın günlərdə baxılacağı bildirilir.

Qeyd edək ki, Xaçmaz rayonu, Arzu qəsəbə tam orta məktəbinin direktoru, 1955-ci il təvəllüdlü Gülfəz Alxasovun məktəbin şagirdi, 12 yaşlı qıza qarşı əxlaqsızlıq etdiyi iddia olunur. Hadisədən sonra G. Alxasov  barəsində Xaçmaz rayon prokurorluğunun təqdimatı əsasında  vəzifəsindən kənarlaşdırılmasına dair qərar qəbul edilməklə 3 aylıq həbs qəti imkan tədbiri seçilib. Faktla bağlı Cinayət Məcəlləsinin 153.3-cü (əxlaqsız hərəkətlər) maddəsi ilə cinayət işi başlanıb. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31