Gündəm
“Sarksiyanın çıxışı AŞPA-nın özü üçün böyük bir təhqirdir”
“Ermənistan prezidentinin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında iştirakına və deputatların suallarını cavablandırmasına çox ciddi təpki göstərilməlidir. Çünki Serj Sarkisyan həm işğalçı bir ölkənin prezidentidir, həm də çox qanlı keçmişə malik olan bir şəxsdir”. Bunu siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
Metro stansiya, otel və gecə klubu BAĞLANDI
İngiltərənin paytaxtı Londaonda Charing Cross metro stansiyası bağlandı. Olaylar.az bildirir ki, şəhərin mərkəzində fəaliyyət göstərən bir otel və bir gecə klubu da bağlanıb. İngiltərə Təhlükəsizlik qüvvələrinin məlumataına buna səbəb qaz sızmasıdı.
6,1 bal gücündə ZƏLZƏLƏ
“Davos forumu bizim üçün həmişə önəmli olub”
“Təbii ki, Azərbaycan özünü dünyada tanıtmaq, etibarlı tərəfdaşlar əldə etmək üçün mümkün olan bütün beynəlxalq, qlobal tribunalardan istifadə edir. Bu baxımdan İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi forumu əlavə bir imkan deməkdir. Biz müşahidə edirik ki, Prezident İlham Əliyev şəxsən özü bu forumlarda iştirak edir”. Bunu siyasi şərhçi Azər Həsrət deyib.
"Forum Azərbaycanla əməkdaşlığın üstünlüklərini bir daha önə çıxardacaqdır"
Davosda keçirilən Dünya İqtisadi Forumu siyasi liderlərin, iri biznes rəhbərlərinin, tanınmış insanların və jurnalistlərin iştirakı ilə dünyanın vacib problemlərinin müzakirə olunduğu bir platformadır. Bu sözləri millət vəkili Tahir Mirkişili deyib.
"Aparıcı şirkətlərin Azərbaycana marağı olduqca böyükdür"
“Davos Forumu kimi tanınan Dünya İqtisadi Forumunun məqsədi dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatları, elm adamlarını, nüfuzlu siyasətçiləri, iqtisadçıları, biznesmenləri səmərəli dialoqa və əməkdaşlığa cəlb etmək, onların arasında əlaqə yaratmaq və yaranmış iqtisadi problemlərin birgə aradan qaldırılmasına nail olmaq, bu istiqamətdə müzakirələr aparmaqdır.
Gömrükdə nömrəsi saxtalaşdıran avtomobil aşkar edilib
Ban nömrəsi saxtalaşdırılan avtomobil aşkarlanıb. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, Avtonəqliyyat Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi, 2016-cı ildə istehsal olunan "Land Rover Range Rover" markalı avtonəqliyyat vasitəsi saxlanılıb və avtomobilə baxış keçirilib. Yoxlama zamanı həmin nəqliyyat vasitəsinin ban nömrəsinin saxtalaşdırıldığı müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.
Gənclər 20 Yanvar faciəsi ilə bağlı 2500 tvit paylaşıb
Gənclər Təşkilatları Milli Şurası və üzvü olan gənclər təşkilatları ilə birlikdə “Xətdə” Proqramı çərçivəsində həyata keçirilən “20 Yanvar” – Gənclər Təşkilatlarının fəaliyyət günü başa çatıb. “OLAYLAR”-a daxil olan məlumata görə fəaliyyət günü 20 yanvar 1990-ci ildə baş vermiş faciə haqqında Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırmaq və gənclər arasında məlumatlılığının artırmaq məqsədi ilə təşkil olunub.
Ermənistan atəşkəsə əməl etmir
“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 112 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı, Cəfərli, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi, Muncuqlu, Qaralar kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Teleqüllə yaxınlığında yeni çatlar yarandı
Bakı Televiziya Qülləsi yaxınlığındakı sürüşmə sahəsində mövcud vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib ki, "Teleqüllə" sürüşmə sahəsi aktiv fazadadır. Onun sözlərinə görə, hazırda onlar ərazidə araşdırmanı davam etdirirlər: "Çatlar üzərində mayaklar quraşdırılıb. Ərazidə yeni çatlar əmələ gəlib. Müəyyən yerlərdə artıq çatların eni 1 metr 40 santimetri ötüb". Ə. Qaralov qeyd edib ki, sürüşmə sahəsinə aidiyyəti dövlət qurumları tərəfindən nəzarət edilir.
Azərbaycan "Dünyanın ən yaxşı ölkələri"nin siyahısında 5 pillə irəlilədi
ABŞ-ın "U.S. News & World Report" jurnalı 2018-ci il üçün "Dünyanın ən yaxşı ölkələri"nin siyahısını tərtib edib. Azərbaycan siyahıda 64-cü yerdə qərarlaşıb. Ötən il reytinqdə 69-cu olmuş Azərbaycan bu göstərici ilə 5 pillə irəliləyib. Siyahıya İsveçrə başçılıq edir. Növbəti yerləri Kanada, Almaniya, Böyük Britaniya və Yaponiya tutur.
Gizlicə evə girdi, soyun dedi və kəndin içində...
İmişli rayonunda iki uşaq anasına təcavüz etməkdə təqsirli bilinən 1973-cü il təvəllüdlü Cavid İmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Cavid İmanov yaşadığı İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsindəki evindən 1500 metr aralıda yerləşən evdə ərindən ayrılmaqla iki azyaşlı uşaqları ilə yaşayan Aydan Babayeva (ad və soyad şərti verilib - red.) ilə cinsi əlaqədə olmaq qərarına gəlib.
Çavuşoğlu: "ABŞ terrorçuların dili ilə danışır"
PYD və YPG bölmələrinin Türkiyə ərazisinə raket zərbəsi endirmədiyini bildirən ABŞ-ın dövlət katibi Reks Tillerson terrorçuların dili ilə danışır. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Dünyada işsizlərin sayı rekord həddə çatıb - 192,7 milyon
2017-ci ildə dünyada işsizlərin sayı rekord həddə - 192,7 milyon nəfərə çatıb. Məlumata görə, bu barədə Beynəlxalq Əmək Təşkilatının hesabatında deyilir. Hesabatda qeyd olunur ki, 2016-cı illə müqayisədə işsizlərin sayı 2,6 milyon nəfər və ya 5,6 faiz çoxalıb.
Narkomanların müalicəsi ilə bağlı YENİ QƏRAR verildi
Narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulan barəsində məcburi müalicə tədbirləri tətbiq edilmiş şəxslər ixtisaslaşdırılmış tibb müəssisələrində stasionar müalicə olunacaqlar.














