“Sarksiyanın çıxışı AŞPA-nın özü üçün böyük bir təhqirdir”
“Ermənistan prezidentinin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında iştirakına və deputatların suallarını cavablandırmasına çox ciddi təpki göstərilməlidir. Çünki Serj Sarkisyan həm işğalçı bir ölkənin prezidentidir, həm də çox qanlı keçmişə malik olan bir şəxsdir”. Bunu siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
23 Yanvar 2018 12:26 Siyasət"Ermənistan prezidentinin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında iştirakına və deputatların suallarını cavablandırmasına çox ciddi təpki göstərilməlidir. Çünki Serj Sarkisyan həm işğalçı bir ölkənin prezidentidir, həm də çox qanlı keçmişə malik olan bir şəxsdir". Bunu siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, bu gün əgər tarixi həqiqətlərə və baş verən hadisələrə obyektiv qiymət qiymət verilərsə, o zaman Sarkisyan beynəlxalq tribunanın qarşısında dayanmalı idi əksinə AŞPA-da olan deputatların qarşsısında deyil: "Bu aspektdən də bugünki reallığın özü bütövlükdə ədalətsizdir və beynəlxalq hüquq normalarına, bəşəri dəyərlərə uyğun gəlmir. Sarkisyana qarşı təpki ciddi şəkildə göstərilməlidir. Çünki bu adam Xocalıda soyqırımı törətdiyini etiraf edib. Sarkisyan separatçı, terrorçu keçmişinə sahib olan və bu gün də həmin o siyasəti rəhbərlik etdiyi ölkənin dövlət siyasətində aparıcı xəttinə çevirən bir şəxsdir. AŞPA olan təxribatçılar isə bilavasitə erməni lobbisi, diasporu tərəfindən idarə olunurdular. Bu baxımdan da öncədən planlaşdırılmış şəkildə Azərbaycan rəhbərliyinə qarşı təxribat törətməyə cəhd göstərirdilər.
Azərbaycan məqsədyönlü şəkildə beynəlxalq təşkilatların işini hər hansı bir formada pozmağa çalışmayıb. Çünki təcrübəmizdə bu yanaşma tərzi yoxdur. Ümumiyyətlə bu təpkini Ermənistan prezidentinə, AŞPA-lı deputatlara göstərməlidirlər. Onun simasızlığını bir daha beynəlxalq ictimaiyyətin qarşısında açmalıdırlar. Daha öncə də qeyd etdiyim kimi əslində Serj Sarkisyanın həm AŞPA-nın tribunasından, həm də digər beynəlxalq təşkilatların tribunasından çıxış etməsi birinci növbədə AŞPA-nın özü üçün böyük bir təhqirdir. Çünki cinayətkar ora çıxaraq ayrı-ayrı ölkələrin təmsilçilərinə demokratiyadan danışır". Sia.az