"Aparıcı şirkətlərin Azərbaycana marağı olduqca böyükdür"

“Davos Forumu kimi tanınan Dünya İqtisadi Forumunun məqsədi dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatları, elm adamlarını, nüfuzlu siyasətçiləri, iqtisadçıları, biznesmenləri səmərəli dialoqa və əməkdaşlığa cəlb etmək, onların arasında əlaqə yaratmaq və yaranmış iqtisadi problemlərin birgə aradan qaldırılmasına nail olmaq, bu istiqamətdə müzakirələr aparmaqdır.

Sədaqət Vəliyeva: "Dünyanın aparıcı dövlətləri və şirkətləri Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır"

"Davos Forumu kimi tanınan Dünya İqtisadi Forumunun məqsədi dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatları, elm adamlarını, nüfuzlu siyasətçiləri, iqtisadçıları, biznesmenləri səmərəli dialoqa və əməkdaşlığa cəlb etmək, onların arasında əlaqə yaratmaq və yaranmış iqtisadi problemlərin birgə aradan qaldırılmasına nail olmaq, bu istiqamətdə müzakirələr aparmaqdır. Çox sevindirici haldır ki, Azərbaycan da bu forumda ən yüksək səviyyədə təmsil olunur. Hər il olduğu kimi, bu il də cənab Prezident İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak edir. Dövlətimizin başçısı burada dünyanın ən tanınmış siyasi və iqtisadi elitaların nümayəndələrilə görüşlər keçirir və Azərbaycanın əməkdaşlığa hazır olduğunu nümayiş etdirir". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Prezident İlham Əliyev Davosa səfəri çərçivəsində ilk gündə Dünya İqtisadi Forumunun prezidenti Börge Brend, ABŞ-ın "Black Rock" şirkətinin təsisçisi, müşahidə şurasının sədri və icraçı direktoru Lourens Fink, "LUKOİL" şirkətinin prezidenti Vahid Ələkbərov, "Chevron" şirkətinin korporativ biznes inkişafı üzrə vitse-prezidenti Cey Prayer, "Royal Phillips" şirkətinin baş icraçı direktoru Frans van Houten, "Mastercard" şirkətinin idarə heyətinin üzvü Tim Mörfi, "CISCO" şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramer ilə səmərəli görüşlər keçirib.

"Bu cür dünya miqyaslı şirkətlərlə səmərəli görüşlərin keçirilməsi əlbəttə ki, Azərbaycana olan maraqdan irəli gəlir" - deyən Sədaqət Vəliyeva əlavə edib ki, Forum çərçivəsində gedən müzakirələrin nəticələri bir daha Azərbaycanın uğurlarının və inkişafının göstəricisi olduğunu isbatlayır: "Cənab Prezident İlham Əliyevin Davosda səmərəli və önəmli görüşlər keçirməsi və sessiyalarda iştirak etməsi dünyanın aparıcı dövlətlərinin və şirkətlərinin Azərbaycana olan marağından irəli gəlir. Çünki, Azərbaycan həm siyasi, həm iqtisadi baxımından riskli ölkə deyil, eyni zamanda, investisiya yatırılması üçün əlverişli şəraitə və mənbəyə malikdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31