“Qərəzli kampaniya aparan təşkilatlara müraciətlər ünvanlanır”

“Ümumiyyətlə, Azərbaycana qarşı tarixin müxtəlif mərhələlərində qərəzli kampaniyalar aparılıb. Təbii ki, burada da erməni diasporunun və lobbisinin təsiri çox güclüdür. Eyni zamanda bir çox ölkələrin də Azərbaycanla bağlı bəzən qərəzli münasibətinin şahidi oluruq”. Bunu Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin təbliğat və informasiya şöbəsinin müdiri Elşad Miraləm deyib.

"Ümumiyyətlə, Azərbaycana qarşı tarixin müxtəlif mərhələlərində qərəzli kampaniyalar aparılıb. Təbii ki, burada da erməni diasporunun və lobbisinin təsiri çox güclüdür. Eyni zamanda bir çox ölkələrin də Azərbaycanla bağlı bəzən qərəzli münasibətinin şahidi oluruq". Bunu Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin təbliğat və informasiya şöbəsinin müdiri Elşad Miraləm deyib.

Onun sözlərinə görə, Azərbaycan diaspor təşkilatları hər zaman bu məsələlərə öz mövqelərini çox aydın və açıq şəkildə nümayiş etdirirlər: "Bununla bağlı həmin ölkələrin parlamentləri ilə əlaqə saxlayırlar və o təşkilatlara etiraz məktubları ünvanlanır. Xarici ölkədə yaşayan azərbaycanlılar ölkəmizdə son illərdə baş verən prosesləri daha yaxşı görürlər. Çünki onlar Azərbaycanda çox olurlar və ölkəmizdə keçirilən tədbirlərdə iştirak edirlər. Onlar Azərbaycanın hansı tarixi inkişaf yolu keçdiyini bilirlər.

Təbii ki, bu inkişafın da səbəbkarı ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycanda apardığı uğurlu siyasətin nəticəsidir. Bu uğurlar heç şübhəsiz ki, bir çox dairələri qıcıqlandırır. Ona görə də ölkəmizə qarşı hər hansı qərəzli yazı dərc olunanda xarici ölkədə yaşayan azərbaycanlılar buna öz etirazlarını bildirirlər. Dünyanın bir çox nüfuzlu KİV-lərində bizim xaricdə yaşayan azərbaycanlıların, azərbaycanlı ziyalıların bununla bağlı məqalələri dərc olunur. Eyni zamanda qərəzli kampaniya aparan təşkilatlara çoxlu sayda müraciətlər ünvanlanır və etiraz məktubları göndərilir". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31