Röya Ayxanın Aygün Bəylərə qarşı şikayəti əsasında məhkəmə başlayıb

Bu gün Səbail rayon Məhkəməsində əməkdar artist Röya Ayxanın əməkdar artist Aygün Bəylərə qarşı iddiası əsasında məhkəmə iclası başlayıb. Hakim Zaur Əliyevin sədrlik etdiyi iclasda anket məlumatlar dəqiqləşdirilib. A. Bəylər və nümayəndəsinin məhkəməyə gəlmədiyi məlum olub. Məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, R. Ayxan A. Bəylərin "ARB" telekanalının "Səhər-səhər" verilişində onun ünvanına sərt ifadələr səsləndirdiyini əsas gətirərək məhkəməyə müraciət edib.  R. Ayxan həmkarından 50 min manat təzminat və A. Bəylərin mətbuat vasitəsilə səsləndirdiyi fikirlərin yalan olduğunu bəyan etməsini tələb edir. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31