Rəsulzadə bələdiyyəsi hesabat verdi

M.Ə.Rəsulzadə bələdiyyəsi sədrinin 2017-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, hesabat yığıncağında Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmiləri iştirak ediblər. Hesabat yığıncağını giriş nitqi ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva qəsəbədə görülən və görülməsi nəzərdə tutulan işlərdən danışıb.

M.Ə.Rəsulzadə bələdiyyəsi sədrinin 2017-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirilib. "OLAYLAR"-a daxil olan məlumata görə, hesabat yığıncağında Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmiləri iştirak ediblər. Hesabat yığıncağını giriş nitqi ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva qəsəbədə görülən və görülməsi nəzərdə tutulan işlərdən danışıb.

Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mübariz Məmmədov və Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov 2017-ci il ərzində qəsəbədə görülən işlər barəsində hesabat məruzəsi ilə çıxış ediblər. Tədbirin yekununda çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva Ölkə Prezidentinin tapşırıqlarına müvafiq olaraq Binəqədi rayonunun Azadlıq prospekti, Binəqədi şossesi və digər ərazilərində gedən abadlıq və quruculuq işlərindən geniş və ətraflı danışıb və yekunda qəsəbə sakinlərini maraqlandıran sualları cavablandırdı.

Sonda 2017-ci ilin yekunları ilə bağlı Rayon İcra Hakimiyyəti başçısının Rəsulzadə qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndəsinin və Rəsulzadə bələdiyyəsi sədrinin hesabat məruzələrində əksini tapan nöqsan və çatışmazlıqların və sakinlər tərəfindən qaldırılan problemlərin həlli ilə əlaqədar tədbirlər planının işlənib hazırlanması və icrasının nəzarətə götürülməsi barədə qərar qəbul edilib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31