Gündəm
Taksi sürücülərinin qənimləri ələ keçdilər
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən taksi sürücülərinin mobil telefonlarını açıq talama, yəni soyğunçuluq yolu ilə ələ keçirən şəxslərə qarşı əməliyyat tədbiri həyata keçirilib.
Vətəndaşlardan soyuq silah götürülüb
Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
Allahşükür Paşazadə ABŞ səfiri ilə Qarabağdan danışdı
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanı qəbul edib. QMİ-nin Mətbuat xidmətindən “Olaylar”a bildirilib ki, görüşdə səfir R.Sekuta yeni təqvim ili münasibətilə Şeyxülislamı və onun simasında bütün Azərbaycan müsəlmanlarını təbrik edərək xalqımıza və dövlətimizə sülh, səadət və tərəqqi arzulayıb.
Cocuq Mərcanlıdan bir qrup ailə özünüməşğulluq proqramına cəlb olunacaq
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Salyan rayonunda 5 rayonun sakinlərini fərdi qaydada qəbul edib. Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Salyan rayonunda həmin rayonun və Neftçala, Biləsuvar, Cəlilabad, Cəbrayıl rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.
Türk ordusunun yeni hədəfi bəlli oldu – Üçüncü cəbhə
Türk Silahlı Qüvvələri Afrindəki “Zeytun budağı” əməliyyatı çərçivəsində üçüncü cəbhəni yaradıb. Yüzlərlə ASO üzvü Maredən Tel-Rıfat istiqamətində irəliləməyə başlayıb. Məlumata görə, türk ordusu eyni zamanda ikinci cəbhə ilə YPG-nin ağır silahlı qüvvələrinin olduğu Parsa dağı istiqamətində irəliləyib və strateji əhəmiyyətli Burseya dağında nəzarətin tam olaraq ələ keçirilməsi uğrunda şiddətli döyüşləri davam etdirib.
Erməni generalların məxfi görüşü – Nə müzakirə edilir?
Ermənistanın iki generalı arasında məxfi görüş olub. Bu barədə informasiyanı “Past” qəzeti yayıb. Qəzet görüşün hazırkı Baş Qərargah rəisi Movses Akopyanla keçmiş müdafiə naziri Seyran Ohanyan arasında baş tutduğunu bildirib. Görüş “Bella İtalia” restoranında keçirilib və üç saat davam edib.
MTN-in tutduğu şəxs həbsdə ölüb
Bakıda daha bir məhkum ölümü baş verib. Məlumata görə, hadisə Penitensiar Xidmətin Müalicə müəssisəsində qeydə alınıb. Orada müalicə alan, 1958-ci il təvəllüdlü Əliyev Fazil İsgəndər oğlu xəstəlikdən ölüb.
Axtarışda olan 19 nəfər saxlanıb
Yanvarın 23-də respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 121 cinayət faktı qeydə alınıb, onların da 24-ü “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, həmin gün axtarışda olduğuna görə, 19 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Mübariz Qurbanlı: "Məzarlıqlar və dəfn mərasiminə dair qaydalar hazırdır"
“Azərbaycanda məzarlıqlarla bağlı qərar layihəsi olmayacaq, bununla bağlı Nazirlər Kabinetiməzarlıqlar və dəfn mərasimini tənzimləyən qaydaları təsdiq edəcək. Qaydalar artıq hazırdır, təsdiq olunma ərəfəsindədir”. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Komitə sədri qeyd edib ki, bu qaydaları özündə ehtiva edən sənəd artıq bütün müzakirələrdən keçib: “Nazirlər Kabinetində buna dəfələrlə baxılıb. Sadəcə, bu, çox həssas mövzudur və hərtərəfli araşdırılmalıdır. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin də rəyi var, bizim komitə də qaydalara baxıb.
Vaşinqtona SƏRT MESAJ
“ABŞ-ın ata biləcəyi və atması vacib olan konkret bir addım var: Son iki ildə PYD/YPG-yə verdikləri bütün silahları toplamaq”. Bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın “CNN İnternational”' kanalına müsahibəsində deyib.
Aydan qalxan kosmik gəmi-Qara kəsikdən çıxdı və... -VİDEO
Meksikanın Mazatlan ştatının Sinaloa şəhərindən olan Dieqo Avilez Aydan qalxan kosmik gəminin görüntülərini paylaşıb. Astronom Dieqo videokameralı teleskop vasitəsilə yanvar ayının 12-də çəkdiyi görüntüləri paylaşmaqda əvvəl tərəddüd edib. Lakin mütəxəssis rəyindən sonra bunun gerçək görüntülər olduğu qənaətinə gəlib və videonu sosial şəbəkədə paylaşıb.
Xəstə at əti satanlar tutuldu
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, mənşəyi məlum olmayan ət məhsullarının satışının qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib. DİN mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Qusar rayonunda mənşəyi məlum olmayan külli miqdarda ətin satıldığı barədə əməliyyat məlumatı daxil olub.
Təhsil Nazirliyi: Məktəbdaxili qiymətləndirmə ilə bağlı təkliflər hazırlanıb
Summativ qiymətləndirmə ilə bağlı sənəd təhsil mütəxəssisləri ilə birgə müzakirə olunur. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan bildirilib ki, hazırda layihə sənədi müzakirə mərhələsindədir.
Avropa Azərbaycanlıları Konqresinin növbədənkənar qurultayı keçiriləcək
Fevral ayının 27-də Avropa Azərbaycanlıları Konqresinin növbədənkənar qurultayı keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, bu barədə qərar AAK-ın İcraiyyə Komitəsi tərəfindən qəbul olunub. Qurultayda təşkilatın nizamnaməsinə bir sıra dəyişikliklər edilməsi planlaşdırılır. AAK-ın İcraiyyə Komitəsinin qərarında bildirilir ki, növbədənkənar qurultayın keçirilməsi təşəbbüsü təşkilatlanma işinin keyfiyyətcə yeni müstəviyə qaldırılmasını, quruma üzv olan Azərbaycan icmalarının fəaliyyətini daha səmərəli şəkildə koordinasiyasını təmin etmək üçün daha çevik və operativ idareətmə mexanizminin yaradılması məqsədinə xidmət edir.
Cəbhə xəttində monitorinq keçiriləcək
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 25-də Goranboy rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.



.jpg)










