Erməni generalların məxfi görüşü – Nə müzakirə edilir?

Ermənistanın iki generalı arasında məxfi görüş olub. Bu barədə informasiyanı “Past” qəzeti yayıb. Qəzet görüşün hazırkı Baş Qərargah rəisi Movses Akopyanla keçmiş müdafiə naziri Seyran Ohanyan arasında baş tutduğunu bildirib. Görüş “Bella İtalia” restoranında keçirilib və üç saat davam edib.

Ermənistanın iki generalı arasında məxfi görüş olub. Bu barədə informasiyanı "Past" qəzeti yayıb. Qəzet görüşün hazırkı Baş Qərargah rəisi Movses Akopyanla keçmiş müdafiə naziri Seyran Ohanyan arasında baş tutduğunu bildirib. Görüş "Bella İtalia" restoranında keçirilib və üç saat davam edib.

Qeyd edək ki, erməni generalları bundan öncə bir dəfə də görüşüblər. O zaman generallar yeni qurulacaq hökumətdə öz adamlarını yerləşdirmək məsələsini müzakirə ediblər və Vigen Sərkisyanın müdafiə naziri vəzifəsindən uzaqlaşdırılmasını istəyiblər.

Hər iki general Qarabağ klanının üzvüdür. Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31