Təhsil Nazirliyi: Məktəbdaxili qiymətləndirmə ilə bağlı təkliflər hazırlanıb
Summativ qiymətləndirmə ilə bağlı sənəd təhsil mütəxəssisləri ilə birgə müzakirə olunur. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan bildirilib ki, hazırda layihə sənədi müzakirə mərhələsindədir.
24 Yanvar 2018 12:20 SosialSummativ qiymətləndirmə ilə bağlı sənəd təhsil mütəxəssisləri ilə birgə müzakirə olunur. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan bildirilib ki, hazırda layihə sənədi müzakirə mərhələsindədir.
Qeyd olunub ki, birinci siniflərdə summativ qiymətləndirmənin, 2-ci və 4-cü siniflərdə isə böyük summativ qiymətləndirmənin ləğv olunması, yalnız kiçik summativlərin saxlanılması təklif olunur: "5-9-cu siniflərdə bütün fənlər üzrə kiçik summativlərin, yalnız buraxılış imtahanlarına daxil olan fənlər üzrə böyük summativlərin aparılması təklif edilir. Lisey, gimnaziya, məktəb-liseylərdə Pedaqoji Şuranın qərarına əsasən müxtəlif siniflərdə ayrı-ayrı fənlər üzə böyük summativlər keçirilə bilər. 10-11-ci təmayül siniflərdə təmayül fənlər üzrə böyük summativ qiymətləndirmənin keçirilməsi təklif olunur. Hələlik bunlar təklif şəklində müzakirədədir. Təsdiq olunacağı halda 2018-2019-cu tədris ilində tətbiq ediləcək". Apa.az