Gündəm
Prezident tapşırıq verdi
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov və Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub.
12 yaşlı şagirdini 33 yaşlı oğluna alan sinif rəhbəri - Könül Cəfərli yazır
Prezident İlham Əliyev Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 24-də Davosda Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç ilə görüşüb.
Prezident İlham Əliyev Davosda ABŞ-ın "Carlyle Group" şirkətinin həmtəsisçisi və icraçı direktoru ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 24-də Davosda ABŞ-ın "Carlyle Group" şirkətinin həmtəsisçisi və icraçı direktoru Devid Rubinşteyn ilə görüşü olub.
Yaponiyadan ABŞ-a TƏLƏB: hərbi vertolyotların uçuşunu dayandır!
Yaponiyanın Müdafiə Nazirliyi ABŞ hərbi komandanlığından AH-1 vertolyotlarının uçuşuna qadağa qoymağı tələb edib. Bu tələb yanvarın 23-də hərni helikopterin Okinava prefekturasının ərazisinə təcili eniş etməsi ilə bağlı insidentdən sonra irəli sürülüb.
Gecə klubundakı kütləvi dava ilə bağlı cinayət işi başlandı - 5 nəfər saxlanıldı
Gəncə şəhərində gecə klubunda baş verən kütləvi dava ilə bağlı cinayət işi başlanıb. Bu barədə Gəncə Şəhər Prokurorluğundan məlumat verilib. Məlumatda bildirilir ki, baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 29,120.2.2 -ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və 221-ci (xuliqanlıq) maddələri ilə cinayət işi başlanılıb. Hadisə ilə bağlı 5 nəfər şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib.
Qazaxıstanın qərbində 2500 illik döyüşçü qəbri tapılıb
Qazaxıstanın qərbində, Uralsk yaxınlığında 2500 illik türk döyüşçünün məzarı tapılıb. Qəbirdə çox incə şəkildə işlənmiş gözəl zinət əşyaları, bürünc oxlar, qılınc, nizə də aşkarlanıb. Türk adətlərinə görə cəngavər atı ilə bərabər dəfn edilib.Tapılan tarixi əşyalar tədqiqat üçün Astanaya aparılıb. Burada alimlər dəfn edilən döyüşçü ilə əlaqədar daha dəqiq məlumat əldə etməyə çalışacaqlar.
Tramp Davdosda İŞİD-lə mübarizədən danışacaq
ABŞ prezidenti Donald Tramp Davosda keçirilən "Dünya İqtisadi Forum"unda bir sıra məsələləri müzakirə edəcək. Bu barədə mətbuata ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Herbert Makmaster məlumat verib. O bildirib ki, forum çərçivəsində Şimali Koreya, İran və terrorla mübarizə məsələləri müzakirə ediləcək: "Prezident Tramp Davosda Koreya yarımadası məsələsini müzakirə etdikdən sonra, bəzi milli təhlükəsizlik məsələlərinə də aydınlıq gətirəcək. Terrorla mübarizə mövzusunda ABŞ-ın İŞİD ilə mübarizə koalisiyası haqqında da danışılacaq".
Türkiyənin Afrin hücumunun səbəbi - İrandan açıqlama
Türkiyə bəzi məsələlərdə ABŞ-ın strategiyasına uyğun hərəkət edir. Bu iddianı İranın Ali dini lideri Əli Xameneinin hərbi müşaviri Yəhya Səfəvi irəli sürüb. “Türklər bəzi məsələlərdə ABŞ-la razılaşıblar və onun strategiyasına uyğun hərəkət edirlər.
YPG hücuma keçdi: türk əsgəri məhv etdi
YPG terror təşkilatının üzvləri Afrində türk ordusunun olduğu mövqelərə basqın etmək istəyib. Terrorçuların əməliyyatından xəbər tutan türk əsgəri dərhal cavab verərək 8 terrorçunu zərərsizləşdirib. Bundan başqa, Türkiyə Silahlı Qüvvələri Afrində YPG-çilərə qarşı hava və quru əməliyyatlarının davam etdiyini açıqlayıb.
Usubovdan yol polisinə göstəriş : Nöqsanlar
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində 2017-ci ildə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.
Türkiyə Afrinə ABŞ-ın gizli razılığı ilə girib? - Politoloq
Türkiyə və Rusiyanın arasını vurmaq istəyən qüvvələr var. Görünür, yenə də bu iki dövlətin üz-üzə qalması üçün çalışan qüvvələr öz fəaliyyətlərini davam etdirirlər. Bu sözləri İlqar Vəlizadə rusiyalı politoloq Qriqori Trofimçukun Türkiyə ilə ABŞ arasında Suriyada keçirilən əməliyyatlarla bağlı elan edilməmiş razılaşmanın olduğuna dair fikirlərinə münasibət bildirərkən deyib. O, Trofimçukun bu fikirləri ilə razılaşmadığını qeyd edib:
Xətai rayonuna içməli su məhdudiyyətlə veriləcək
Yanvarın 24-də, gün ərzində Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə məlumat “OLAYLAR” -a "Azərsu" ASC-nin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, içməli suyun verilməsində məhdudiyyətə səbəb Bakı şəhəri Məhəmməd Hadi küçəsindən keçən magistral xətlərdə yenidənqurma işlərinin aparılmasıdır.
Baş nazirdən DTX və XKX ilə bağlı – Qərar
Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası”nda dəyişikliklər edilib. Nazirlər Kabineti bu barədə qərar qəbul edib.
Afrin əməliyyatı: ermənilərdən Türkiyəyə zərbə
Türkiyə Azad Suriya Ordusunun iştirakı ilə Suriyanın Afrin şəhərində YPG terrorçularına qarşı “Zeytun budağı” adlı əməliyyata başlayıb. Ordu artıq Afrində terrorçulara sarsıdıcı zərbələr endirib.














