Baş nazirdən DTX və XKX ilə bağlı –  Qərar

Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası”nda dəyişikliklər edilib. Nazirlər Kabineti bu barədə qərar qəbul edib.

"Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası"nda dəyişikliklər edilib. "Olaylar" xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar qəbul edib.Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətindən (XKX) ehtiyata keçirilmiş hərbi vəzifəlilərin hərbi qeydiyyatı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən deyil, həmin orqanlar tərəfindən aparılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31