Azərbaycanın əldə etdiyi naliyyətlər yeni dövrün hədəflərini müəyyən edib- ÖZƏL


"Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır". "Olaylar" xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib: "Fəaliyyət göstərdiyi dövr ərzində YAP öz Proqram və Nizamnaməsində nəzərdə tutulan vəzifələri layiqincə yerinə yetirib. Bu baxımdan, Yeni Azərbaycan Partiyasının VII qurultayında qəbul edilən qərarlar partiyanın qarşısında yeni vəzifələr müəyyənləşdirib. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı misilsiz nailiyyətlər, ölkəmizdə həyata keçirilən genişmiqyaslı abadlıq- quruculuq işləri yeni dövrün hədəflərini müəyyən edib. Hazırda həmin hədəflərin reallaşdırılması istiqamətində lazımi işlər görülür"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31