Türkiyənin Afrin hücumunun səbəbi - İrandan açıqlama
Türkiyə bəzi məsələlərdə ABŞ-ın strategiyasına uyğun hərəkət edir. Bu iddianı İranın Ali dini lideri Əli Xameneinin hərbi müşaviri Yəhya Səfəvi irəli sürüb. “Türklər bəzi məsələlərdə ABŞ-la razılaşıblar və onun strategiyasına uyğun hərəkət edirlər.
24 Yanvar 2018 11:45 DünyaTürkiyə bəzi məsələlərdə ABŞ-ın strategiyasına uyğun hərəkət edir. Bu iddianı İranın Ali dini lideri Əli Xameneinin hərbi müşaviri Yəhya Səfəvi irəli sürüb. "Türklər bəzi məsələlərdə ABŞ-la razılaşıblar və onun strategiyasına uyğun hərəkət edirlər. Lakin Afrin bölgəsi kimi məsələlərdə onların ABŞ-la fikir ayrılığı var. ABŞ Suriyanın cənubunda 30 min nəfərlik ordu qurmaq istəyir, amma Türkiyə buna qarşıdır. Kürdlərin muxtar bölgə yaratmaları üçün Aralıq dənizinə çatmaları lazımdır. Buna görə də Afrini işğal ediblər. Kürdlərin burada varlığı Suriyanın suverenliyinə ziddir", - deyə o bildirib. Axar.az