Yaponiyadan ABŞ-a TƏLƏB: hərbi vertolyotların uçuşunu dayandır!

Yaponiyanın Müdafiə Nazirliyi ABŞ hərbi komandanlığından AH-1 vertolyotlarının uçuşuna qadağa qoymağı tələb edib. Bu tələb yanvarın 23-də hərni helikopterin Okinava prefekturasının ərazisinə təcili eniş etməsi ilə bağlı insidentdən sonra irəli sürülüb.

Müdafiə naziri İtsunori Onodera bildirib ki, son bir ay ərzində ABŞ hərbi vertolyotlarının 3 dəfə hərbi bazadan kənara eniş etməsi qəbuledilməzdir: "Bu hadisə Okinava sakinlərini narahat edir". Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31